COĞRAFİYAÇI ALİM MƏSAFƏDƏN ZONDLAMA MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNARA QATİLİB
24 Dekabr 2021
Texniki elmlər üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Yerin məsafədən zondlaşdırılması problemləri” mövzusunda keçirilən ümumrusiya seminarının iştirakçısı olub.
Tədbirdə karbon tərkibli istixana qazlarının (CO2 - karbon dioksid və metan - CN4) konsentrasiyalarının peyklərdən ölçmə üsullarının inkişafına həsr olunmuş son 2 onillikdə görülən işlərin hesabatı təqdim edilib. Həmçinin atmosferdə CO2 və CH4 tərkibinin monitorinqi üzrə yerli və xarici peyk sistemlərinin inkişaf proqramları, eləcə də peyk informasiya məhsullarının kalibrlənməsi və yoxlanılması üçün istifadə oluna bilən yerüstü müşahidə şəbəkələri haqqında məlumat verilib. 9241
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|