COĞRAFİYAÇILARIMIZ EKOSİSTEMLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ TƏDBİRƏ QATİLİBLAR

25 Dekabr 2021

 С.ü.f.d. Mirnuh İsmayılov və elmi işçi Emil Cəbrayılov dekabrın 17-dən 19-dək “Qafqaz” Regional Ekoloji Mərkəzin  “Milli səviyyədə ekosistemlərin qiymətləndirilməsi vasitəsilə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökümətlərarası Elmi Yanaşmalar Platformasına (İPBES) dəstək” çərçivəsində Şabran rayonunda təşkil etdiyi tədbirdə iştirak ediblər. 

Azərbaycanda ekosistemlərin qiymətləndirilməsi üzrə keçirilən görüşə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Bakı dövlət Universiteti, eləcə də AMEA-nın aidiyyatı üzrə elmi institutlarının nümayəndələri qatılıblar.

Tədbirdə meşə ekosistemləri üzrə işçi qrupunun hesabatı  dinlənilərək müzakirə edilib, boşluqların doldurulması istiqamətində qruplarla ssenari və trendlərin müəyyən edilməsi üzrə müzakirələr aparılıb.

Mirnuh İsmayılov mövzu ilə bağlı çıxış edərək hesabatlarda meşə anlayışının təyin olunmasının lazımlığını vurğulayıb, qiymətləndirmənin  təbii coğrafi vilayətlər üzrə aparılmasının daha məqsədəuyğun olmasını və təbii meşəbərpa prosesinin getdiyi ərazilərdə xüsusi mühafizənin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. 

         

9125
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic