COĞRAFİYAÇİ ALİMLƏR ÇİN KONFRANSINDA AQROEKOLOJİ MÖVZUDA MƏRUZƏ EDİBLƏR
Coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov və elmi işçi Emil Cəbrayılov Pekin şəhərində onlayn formatda keçirilən "Yaşıl iqtisadiyyat üzrə beynəlxalq elm və texnoloji innovasiyalar” konfransında Azərbaycan Coğrafiya Cəmiyyətini təmsil ediblər.
Asiya Coğrafiya Assosasiyası tərəfindən təşkil edilən konfrans “yaşıl kənd təsərrüfatı”na dəstək və dayanıqlı ətraf mühit problemlərinə həsr edilib. Təmsilçilərimiz konfransda "Azərbaycanın bölgələrində narın becərilməsinin aqroekoloji vəziyyəti və nar şirəsinin dayanıqlı istehsalı" mövzusunda çıxış ediblər. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib və mövzu ətrafında disskusiyalara səbəb olub. 8592
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|