COĞRAFİYAÇI ALİM SELLƏRİN İQTİSADİ-COĞRAFİ QİYMƏTLƏNDİRİLMƏSİNDƏN DANIŞIB

11 fevral 2022

C.ü.f.d., dosentlər Samirə Ələkbərova, Zərnurə Həmidova, Coğrafiya İnstitutunun Qadınlar şurasının sədri Luiza Salayeva və Həlimə Əhmədzadə AMEA-nın Rəyasət Heyətinin və Akademiyanın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş “Bərabərlik, müxtəliflik və inklüzivlik: su bizi birləşdirir” mövzusunda keçirilən konfransda iştirak ediblər.

Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Samirə Ələkbərova konfransda “Sellərin əhali məskunlaşmasına, sənaye və kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, ölkə ərazisində sellərin son illərdə fəallaşması, tez-tez təkrarlanması, əraziyə dəyən ziyanın həcminin artması Azərbaycanda sel hadisələrinin təsərrüfat sahələrinə təsirini öyrənən  tədqiqat işlərinin aptırılmasına böyük ehtiyac duyulur. Əhali məskunlaşmasına, kənd təsərrüfatı sahələrinə, nəqliyyat sisteminə, sosial-infrastruktur sahələrinə böyük zərərlər vuran sel hadisələri son 15-20 ildə daha da intensivləşib. Sellərin təsirindən yararsız vəziyyətə düşmüş 800 km-dən çox respublika, 1200 km-dən çox rayon və 2700 km-dən çox yerli əhəmiyyətli yollarda təmir işləri aparılaraq yenidən istifadəyə verilib. Sellərin iqtisadi-coğrafi qiymətləndirilməsi şkalası hazırlanıb və onun əsasında ilk dəfə olaraq sellərin əhaliyə və təsərrüfat sahələrinə təsirinə görə respublika ərazisinin rayonlaşdırılması xəritə-sxemi tərtib olunub.



                              

                   

          

8480
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic