COĞRAFİYAÇI ALİM GÜNAZ TV-NİN QONAĞI OLUB

13 fevral 2022

C.ü.f.d., dosent Zaur İmrani GünAz TV-nin studiyasında qonaq olub, aparıcının dünyada gedən qlobal iqlim dəyişiklikləri haqqında verdiyi bütün sualları geniş şəkildə cavablandırıb.

Coğrafiyaçı alim qlobal istiləşmənin nəticələri, Xəzər səviyyəsinin dəyişkənliyi,  göllərin və çayların quruması problemləri, çayların çirklənmə səbəbləri, su anbarlarının çoxalmasının müsbət və mənfi cəhətləri, suvarma sistemlərinin təkmilləşməsinə  nəzarət, səhralaşma problemləri, meşə sahələrinin genişlənməsi  və s. haqqında qaneedici məlumatlar verib.

Z.İmrani Cənubi Azərbaycanın su problemləri, bizi ayıran və birləşdirən Araz çayı, əkin sahələrinin vəziyyəti, suvarma sistemlərindəki üstünlüklər və s. haqqında məsələlərə də müsahibəsində yer ayırıb.

Videoya buradan baxa bilərsiniz.

8898
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic