GİMNAZİYADA ACC RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

11 Mart 2022

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında ACC-nin prezidenti vəzifəsini icra edən, coğrafiya elmləri doktoru Zakir Eminovla görüş keçirilib.

Elm və təhsilin vəhdəti istiqamətində təşkil edilən tədbirdə Gimnaziyanın rəhbərliyi, coğrafiya kafedrasının nümayəndələri, Kiçik Akademiyanın coğrafiya bölməsində fəaliyyət göstərən şagirdlər, BDU-nun “Sabah qrupu”nun Gimnaziyada pedaqoji  təcrübə keçən bir qrup tələbəsi, eləcə də coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov  iştirak ediblər.

Görüş “Şuşa ili” çərçivəsində Qarabağın coğrafiyası mövzusuna həsr olunub. Gimnaziyanın İstedadlı şagirdlərinin Qarabağ və işğaldan azad edilmiş rayonların coğrafiyasına dair  təqdimatları dinlənilib. Sonra şagirdlər Zakir Eminovun elmi fəaliyyətinə həsr etdikləri videofilmi nümayiş etdiriblər.

Zakir Eminov çıxış edərək şagirdlərə Azərbaycan Coğrafiya Cəmiyyətinin və Coğrafiya İnstitutunun fəaliyyəti,  İnstitut alimlərinin orta məktəblər üçün nəşr etdirdikləri və  özünün müəllifi olduğu çoxsaylı coğrafiya dərslikləri və s. haqqında məlumat verib. Görüşdə Gimnaziyanın elmi müəssisələrlə əməkdaşlıq perspektivləri müzakirə edilib. Z.Eminov şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması, İnstitutun imkanlarından istifadə məsələləri ilə bağlı təkliflər edib, Gimnaziyanın kitabxanasına qiymətli kitablar hədiyyə edib. Alim şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

          

          

          

          

3831
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic