ADPU-NUN TƏLƏBƏLƏRİ CİS ŞİRKƏTİNDƏ TƏCRÜBƏ MÜBADİLƏSİ KEÇİBLƏR

Aprelin 1-də Azərbaycan Coğrafiya Cəmiyyətinin Azərbaycan Dövlət Pedaqoji Universiteti filialının təşkilatçılığı ilə Tarix və coğrafiya müəllimliyi ixtisasının III tədris ilinin TCM2001-2004B qruplarının tələbələri coğrafi informasiya sistemləri (CİS) fənni üzrə müəllimləri dosent Mətanət Əsgərova, İlhamə Qəribova və Seyidnisə Əliyevanın rəhbərliyi ilə  təcrübə mübadiləsi məqsədilə Azərbaycanda aparıcı CİS şirkətlərindən olan Datum MMC-də olmuşlar.
Başda direktor Camal İsmayılov olmaqla, sirkət əməkdaşları Anar İsmayilov, Elvin Əmrahov, Şəlalə Babayeva, Kənan Əfəndiyev, Minayə Ələkbərli, İbrahim Məcidli və digərləri tələbələrə coğrafi informasiya sistemləri, Azərbaycandan CİS-in  inkişafı, CİS proqramları, istifadə olunan alətlər, praktik olaraq CİS xəritələrinin necə və hansı mərhələlər və üsullarla yaradılması, məlumat bazasının yaradılması, CİS-in əhatə etdiyi sahələr və şirkətin yerinə yetirdiyi layihələr barədə geniş məlumat veriblər. O cümlədən, əyani olaraq tələbələrə çöl-dəqiqləşdirmə işlərində istifadə edilən dron, exolot, GPS və 360 dərəcə hərəkət edərək sürətli şəkillər çəkən rəqəmsal aparatların istifadə qaydaları və praktik olaraq CİS proqramlarında xəritə yaratmağın mərhələləri nümayiş etdirilib.
Datum MMC məsafədən zondlama, eləcə də proqram təminatının hazırlanması sahəsində böyük təcrübəyə malikdir. Burada çalışan mütəxəssislər dünyanın müxtəlif aparıcı universitetlərində təhsil almaqla bərabər, bir sıra beynəlxalq seminar, konfrans və təlimlərdə iştirak etmişlər. Hal-hazırda Datum distributor müqaviləsi ilə  CIS və Yerin məsafədən zondlanması sahəsində ən nüfuzlu şirkətlərin məhsul və xidmətlərini təklif edir, ən son texnologiyalarla müştərilərə xidmət göstərir. Datum ArcGİS Pro və CİS ilə bağli digər alternativ proqramlardan istifadə etməklə bir sıra layihələr yerinə yetirməkdədir. Şirkət  həmçinin  “Kəlbəcərdə  Hypespektral çəkilişlə mineralizasiyanın təyin edilməsi”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi  fondunda olan mineral yataqlarının rəqəmsallaşdırılması”,  “Naxçıvan və Qarabağ ərazisi istisna olmaqla, bütün rayonlar üzrə meliorasiya layihəsi (bütün suvarma şəbəkələrinin CİS data şəklində yığılması)”,  “Gpon  (Gigabyte Passive Optical Network) texnologiyası ilə internet kabel sisteminin CİS proqramında çəkilməsi”, “Lidar 360º çəkiliş sistemi ilə data məlumatlarının yığılması“  kimi layihələri icra edir.
Qeyd edək ki, şirkət rəhbərliyi universiteti yeni bitirən məzunların işə qəbulunda da maraqlıdır.
Sonda dos. Mətanət Əsgərova avstraliyalı alim Əli Rasuli və akademik Qərib Məmmədovla birgə 2021-ci ildə ingilis dilində nəşr etdikləri “Mastering spatial data analysis / İnside the GİS setting dərsliyini şirkətə hədiyyə edib.
Şirkətin direktoru Camal İsmayılov öz növbəsində Pedaqoji Universitetlə daimi əməkdaşlıq perspektivlərini qeyd edərək, tələbələrin dron uçurtma, 360º şəkillərin çəkilməsini əyani görmələri üçün növbəti dəfə çöl şəraitində görüşməyi təklif edib.
 
 
7149
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic