AZƏRBAYCANLI TƏLƏBƏ BEYNƏLXALQ LAYİHƏNİN CƏNUBİ QAFQAZ ÜZRƏ QALIBİ OLUB

Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin   Tarix və coğrafiya fakültəsinin “coğrafiya müəllimliyi” ixtisasının COĞ1902B saylı qrup tələbəsi Murad Hüseynov  “torpaqşünaslıq” ixtisası üzrə Avropa Birliyinin (AB) “The Erasmus Mundus Master in Soil Science (emiSS)”  (torpaqşünaslıq üzrə magistr)  təqaüd proqramına layiq görülüb.
Murad Hüseynov  bu təqaüdü qazanmış ilk azərbaycanlı olaraq müsabiqənin ümumilikdə 860, 6 yerli namizədi arasında  seçilənlər sırasındadır. Bunu qeyd etmək yerinə düşər ki, “torpaqşünaslıq” ixtisası üzrə Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları üzrə ayrılmış yeganə yerə məhz Azərbaycan təmsilçimiz  sahib çıxıb.
layihənin Azərbaycan üzrə koordinatoru Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı b.ü.f.d. Ülviyyə Məmmədova və ADPU-nun Ümumi coğrafiya kafedrasının “torpaqşünaslıq” üzrə fənn müəllimi, a.e.ü.f.d., dosent Mətanət Əsgərova tələbələrin müsabiqəyə hazırlanmasında yaxından iştirak edirlər.
6250
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic