ADU-NUN TƏLƏBƏLƏRİ QUBA RAYONUNDA OLUBLAR

17 May 2024
Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə Qubanın Qəçrəş və Təngəaltı istirahət zonalarına eko-tur təşkil edilib. Tədbirdə Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Sevda Tağıyeva və dosent Şükufə Cabarovanın rəhbərliyi ilə ADU-nun Təhsil-2 fakültəsinin 118a,b 121b, 127a,eləcə də Tərcümə fakültəsinin 230a və 249c qrup tələbələri və Pakistan Səfirliyinin təcrübəçisi Vüsal Hümbətzadə  iştirak ediblər.
Eko-tur zamanı tur rəhbərləri və tələbələr arasında ekologiyanın çirkləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Daha sonra tur iştirakçıları Quba Soyqırımı Memorial Kompleks muzeyini ziyarət ediblər, 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsini anıblar.




 
257
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic