COĞRAFİYANIN TƏLİM PROSESİNDƏ COĞRAFİ BİLİK VƏ BACARIQLARIN FORMALAŞDIRILMASI METODİKASI10 İyun 2024
COĞRAFİYANIN TƏLİM PROSESİNDƏ COĞRAFİ BİLİK VƏ BACARIQLARIN FORMALAŞDIRILMASI METODİKASI
Sənan ƏZİZOV
coğrafiya üzrə fəlsəfə doktoru Lənkəran Dövlət Universiteti [email protected] Cəmilə DADAŞOVA Magistr Lənkəran Dövlət Universiteti [email protected]om Coğrafiya fənni şagirdlərə (tələbələrə) təbiət və cəmiyyət haqqında ətraflı məlumat verən, təbiətdəki hadisə, proses və anlayışları mənimsəməkdə onlara köməklik göstərən əsas fənlərdən biridir. Fənnin tədrisi zamanı şagirdlərdə yaranan bilik və bacarıqların əsasında onların dünyagörüşü artır və bu, onlarda idrak proseslərinin geniş inkişafına səbəb olur. İdrak prosesləri dedikdə, təxəyyül və təfəkkürün inkişafı, intellektual bacarıqların formalaşması nəzərdə tutulur. Açar sözlər: coğrafiya, təlim, təbiət, əmiyyət. METHODOLOGY OF FORMING GEOGRAPHICAL KNOWLEDGE AND SKILLS IN THE EDUCATIONAL PROCESS OF GEOGRAPHYSanan AZIZOV
PhD in Geography Lankaran State University [email protected] Jamila DADASHOVA Master Lankaran State University [email protected] The subject of geography is one of the main subjects that provide students (students) with detailed information about nature and society, and help them master natural events, processes and concepts. Based on the knowledge and skills that students develop during the teaching of the subject, their worldview increases and this leads to the extensive development of their cognitive processes. Cognitive processes mean the development of imagination and thinking, the formation of intellectual skills. Key words: geography, education, nature, significance. Təbiət və cəmiyyətdə baş verən coğrafi proseslərin izah edilməsində səbəb-nəticə əlaqələrinin xüsusi rolu vardır. Hələ qədim zamanlardan insanlar coğrafi hadisələri müşahidə edir,səbəbini müəyyənləşdirir və gələcəkdə nəticəsinin nə olacağını proqnozlaşdırır. Bu da səbəb-nəticə əlaqələrinin yaranmasına, şagirdlərin araşdırma qabiliyyətinin artırılmasına, bu zaman onlarda məntiqi təfəkkürün inkişafına gətirib çıxarır. Şagirdlərdə səbəb-nəticə əlaqələrinin nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün onlardan “izah etmək”, “bunun nəticəsində”, ifadələrinə cavab vermək tələb olunur. Onlar hər hansı bir hadisəni (dünya əhalisinin müxtəlif ərazilər üzrə qeyri-bərabər palyanmasını, Yer kürəsində illik ritmik prosesləri, dünyanın siyasi xəritəsində baş verən dəyişiklikləri və s.) izah edirsə, deməli şagird mövzunu mənimsəmiş və verilən meyarlara əsasən, şagirdin mənimsəmə səviyyəsi qiymətləndirilmişdir. Məsələn: “Cənubi Amerikada il ərzində günəş istiliyi, bol yağıntı və rütubətin olması Amazon meşələrinin yaranmasına, geniş bataqlıqların əmələ gəlməsinə səbəb olur” və ya “Yerin Günəş ətrafında fırlanması nəticəsində fəsillər və Daimi küləklər yaranır”. Bu cür səbəb-nəticə əlaqələrinin izah edilməsindən sonra coğrafi qanunauyğunluqları müəyyən etmək daha asan olur. Coğrafi qanunauyğunluqlar müxtəlif üsullarla da təqdim edilə bilər. Bunlara şəkil, qrafik təsvir, sxem, klaster qurmaq, venn diaqramından istifadə etmək aiddir. Kartoqrafik təsvirlər-plan, xəritə üzərində coğrafi qanunauyğunluqların tədrisi daha çox səmərəli olur.
Şagirdlər (tələbələr) coğrafiya dərslərində dünyanın fiziki mənzərəsi (çaylar, göllər, dağlar, düzənliklər və s.), təbii şəraiti və ehtiyatları, dünya ölkələrinin müxtəlifliyi, ölkəmizin xarici ölkərlə iqtisadi-siyasi, beynəlxalq əlaqələri və s. mövzularında öyrəndikləri onlarda fənnə daha çox maraq oyadır və gələcək nəsilin real həyata daha çox hazır olmasına şərait yaradır. Yalnız coğrafi bilikləri mənimsəməklə şagirdlər (tələbələr) dünyanın yaranmasını, bu günə qədər olan inkişaf mərhələlərini, dünyanın hidroqrafik şəbəkəsini, iqlimi, digər coğrafi təbəqələrin (litosfer, atmosfer, biosfer) inkişaf qanunauyğunluqlarını, kartoqrafiya və topoqrafiya hazırlıqlarını öyrənə bilirlər. Azərbaycanın daim müharibə şəraitində olan bir ölkə olduğunu nəzərə alaraq, şagirdlər (tələbələr) coğrafiyanı mənimsəməklə ölkəmizə daha böyük qələbələr gətirə bilərlər. Elə məhz 44 Günlük Vətən Müharibəsində də bu qələbənin qazanılmasında təhsilin rolunda ən çox pay məhz coğrafiya fənninə düşürdü. Qarabağın relyefi, çətin keçilən ərazilər, düzgün strateji mövqelərin seçilməsi, məhz coğrafiyanın öyrəndiyi sahələrdəndir. Müharibə zamanı əsas rollardan biri də xəritələrin payına düşür. Bütün döyüş əməliyyatları və artilleriyanın düzgün koordinatları üçün topoqrafik xəritələr mütləqdir. Müasir dövrün tələblərinə uyğun olaraq aparılan müharibələrdə havadan müdaxilə etmək üçün aerokosmik mühəndislərin köməyinə CİS (Coğrafi İnformasiyalar Sistemi) çatır. Müharibədən sonrakı dövrdə də Qarabağın dirçəlişi, ərazinin yenidən təşkili və bərpası,yolların çəkilişi,şəhərlərin yenidən qurulması “Şəhər Planlaşdırılması” çərçivəsində reallaşır ki, bu da coğrafiyanın öyrəndiyi istiqamətlərdəndir. Beləliklə, coğrafiya fənninə marağın və diqqətin artırılması xüsusi əhəmiyyət kəsb edir. Empirik və nəzəri coğrafi biliklərin formalaşması. Təlim prosesi zamanı coğrafiyanın məzmun komponentlərini formalaşdırmaq üçün elmi biliklər sistemindən istifadə olunur. Hazırda elmi biliklər nəzəri və empirik olmaqla iki qrupa ayrılır. Empirik biliklərə faktlar, təsəvvürlər, coğrafi nomenklatura (adlar) aid edilir. Empirik biliklər olmadan nəzəri biliklərə yiyələnmək mümkün olmadığı üçün empirik biliklər bir növ bünovrə, təməl rolu oynayır. Empirik biliklərin köməyi ilə hər hansı coğrafi faktları müəyyənləşdirmək, təhlil etmək mümkündür. Bunlar da coğrafi biliklərin sonrakı mərhələsi üçün səmərəli bir yol açır. Coğrafi faktlar tədris prosesindəki yerindən asılı olaraq həm baza rolunu oynaya bilər, həm də nəzəri materialların dəqiqləşdirilməsinə xidmət göstərə bilər. Şagirdlər tədris zamanı müxtəlif faktlardan istifadə edə bilərlər. Məsələn, Şimali Amerika materiki ətrafında hərəkət edən cərəyanlar haqqında məlumatlar toplayaraq, materikin müxtəlif əraziləri üzrə cərəyanların iqlimə təsirini müəyyən etmək olar. Buna uyğun olaraq Şimal Buzlu Okean ətrafında qütbətrafı ərazi olmasına baxmayaraq cərəyanların əraziyə necə təsir etdiyini də müəyyənləşdirmək mümkündür. Faktlar ədəd və rəqəmlərlə də ifadə oluna bilər. Bu növ faktlara yağıntı və temperaturun miqdarı,əhalinin təbii artımı, sayı, sıxlığı,dərinlik və s. aid edilə bilər. Dərslərdə rəqəmlərdən çox istifadə etmək məqsədəuyğun hesab olunmur. Əksər hallarda rəqəmlər yuvarlaqlaşdırılaraq göstərilir. Tədris prosesində istifadə olunan faktlar illüstrativ və öyrədici olmaqla iki qrupa ayrılır. İllüstrativ faktlar bir növ əsas faktlara yardımçı xarakter daşıyır və daha çox mövzulara əlavə olaraq verilir. Məsələn, orta aylıq və ya illik yağıntının miqdarı, coğrafi hadisələrlə bağlı tarıxı məlumatlar, materik və okeanların ən hündür və ən dərin nöqtələri və s. Öyrədici faktlar normativ sənədlərdə şagirdin öyrənmə vəziyyətini göstərən faktlar hesab olunur. Bunlara rəqəm göstəricilər, coğrafi kəşflər tarixi aid edilir. Tətbiq olunma xüsusiyyətinə görə faktlar aşağıdakı kimi qruplaşdırılır.
Coğrafi təsəvvürlər coğrafi anlayışların xəyali obrazlı təsvirini yaratmaqdır. Coğrafi təsəvvürlər yaranmasına görə hafizə və təxəyyül təsəvvürlərinə bölünür. Hafizə təsəvvürləri hadisənin birbaşa qavranılması ilə yaranır. Təxəyyül təsəvvürləri isə obyektin qavranılmadan təsəvvür edilməsidir.
Coğrafi təsəvvürlər iki qrupa bölünür: fərdi təsəvvürlər, ümumiləşdirici təsəvvürlər. Fərdi təsəvvürlər-coğrafi obyekt və hadisələr haqqında konkret məlumatları əks etdirir, məsələn, Amazon çayı, Turan ovalığı, Qafqaz dağları və s. Ümumiləşdirilmiş təsəvvürlər isə fərdi təsəvvürlərdən fərqli olaraq ümumi məlumatları, ümumi anlayışları əks etdirir, məsələn, hidroqrafik şəbəkə, atmosfer, dağ, düzənlik və s. təsəvvürlər aid edilir. Beləliklə, obyektin təsviri, anlayışların yaradılması empirik biliklərin formalaşdırılmasının əasını təşkil edir və məktəb coğrafiyasında xüsusi rol oynayır. Nəzəri biliklər sisteminə nəzəriyyələr, qanunauyğunluqlar, səbəb-nəticə əlaqələri aiddir. Nəzəriyyələr cəmiyyətdə uzun illər ümumiləşdirilmiş təcrübənin göstəricisidir. Qanunauyğunluqlar isə coğrafi proseslərin daim təkrarlanması, davamlı olmasıdır. Səbəb- nəticə əlaqələri şagirdlər tərəfindən əzbərləməklə mümkün olmur, onları anlamaq lazımdır. Hər hansi bir coğrafi prosesin yaranma səbəbini şagird dərk etmirsə,onu izah edə, nəticəsini müəyyənləsdirə bilməz. Səbəb-nəticə əlaqəsini tələb edən tapşırıqlar zamanı sxemlərdən istifadə etmək daha səmərəli hesab olunur. Bu cür sxemlər şagirdləri düşünməyə vadar etdiyi üçün təfəkkürü inkişaf etdirir. Məsələn, VII siniflər üçün verilmiş proqrama əsasən “Yeraltı sərvətlərin paylanması” mövzusunda faydalı qazıntılara aid sxemin qurulması şagirdlərin hafizəsinə əsaslanır.Şagirdlərdə ümumi anlayışların inkişaf etdirilməsi,onları təhlil etmək bacarığı onlarda coğrafiya elminin əsas ideyalarını öyrənməyə marağı artırır. Fənnin əsaslarının mənimsənilməsi bu elmin anlayışlarına yiyələnmək deməkdir. Anlayışlar dərk edilmədikcə, şagirdlərdə dünyagörüşü və düşüncəni inkişaf etdirmək mümkün deyil. Anlayışlara aşağıdakı əlamətlər aid edilir:
Anlayışlar məzmun və həcminə görə xarakterizə olunurlar. Anlayışlara aid olan bütün cisimlərə məxsus əlamətlər anlayışın məzmunu adlanır. Anlayışın həcmi isə anlayışın məzmununa aid edilən cisimlərin sayı hesab olunur. Coğrafi anlayışlar ümumi və xüsusi olmaqla iki qrupa ayrılır. Ümumi coğrafi anlayışlara dağ, düzənlik, çay və b. terminlər ümumi anlayışlara, Himalay dağları, Kür-Araz ovalığı, Dunay çayı isə xüsusi anlayışlara aid edilir. Hər bir ümumi coğrafi anlayışın tərkibində xüsusi anlayışlar vardır. Məsələn, göl dedikdə ümumi göllər nəzərdə tutulur. Göl anlayışının tərkibində Baykal gölü, Venern gölü, Sayma gölü və s. xüsusi anlayışlar nəzərdə tutulur. Terminləri anlayışlarla qarışdırmaq olmaz,çünki terminlər anlayışların tərkib hissəsidir.
Coğrafi anlayışlar analiz və sintez yolu ilə formalaşdırılır. Analiz yolu anlayışların təhlil edilərək öyrənilməsidir. Sintez yolu isə analizlə parçalananan anlayışların bütövləşdirilərək dərk edilməsidir. Coğrafi anlayışların mənimsənilməsi bir neçə mərhələdə baş verir:
Anlayışların hansı yollarla təqdim edilməsi və formalaşdırılması şagirdlərin mövzunu düzgün mənimsəməsi üçün vacib tələblərdəndir. Coğrafi anlayışların tədrisi induktiv və
deduktiv yollarla aparıla bilər. İnduktiv yolla anlayışların formalaşması xüsusidən ümumiyə doğru, məsələn, Missisipi çayı xüsusi bir obyektdir. Onun əsasında çayın yatağı, çayın qolları, mənbəyi, mənsəbi, su sərfi kimi anlayışlar nəticəsində sonda çay anlayışı formalaşır. Deduktiv formada isə anlayışlar induktivdən fərqli olaraq ümumidən xüsusiyə doğru formalaşır. Anlayışın mənimsənilməsini bir sıra mərhələlərlə yerinə yetirmək olar:
Coğrafi anlaıyışların formalaşdırılması üçün izahlı-əyani və reproduktiv üsullardan da istifadə olunur. Lakin şagirdlər axtarış və tədqiqat üsullarından istifadə etdikdə daha yaxşı nəticəyə nail ola bilər. Məsələn, şagirdlər “Torpaq” anlayışı öz tədqiqatlarına əsasən ifadə edə bilərlər. Lakin “horst” və “qraben” anlayışlarını müəllimin izahı ilə anlaya bilərlər.
Həcminə görə ümumi anlayışlar iki qrupa ayrılırlar: Geniş həcmli – özündə bir neçə anlayışı birləşdirir, onların daxilində bir neçə anlayış olur. Məsələn, fiziki rayonlaşdırma, iqlim və s. Dar həcmli – yalnız bir məhfumu əks etdirir. Məsələn, paralel, meridian, plan, xəritə və s. Xüsusi və ya fərdi anlayışlar coğrafi adları əks etdirir. Məsələn, Alp, Turan, Volqa və s. Bəzi xüsusi anlayışlar isə ümumiləşdirici xarakter daşıyır. Məsələn, Avropanın iqlimi, Afrikanın təbii zonaları və s. Ədəbiyyat
Məqalənin pdf variantını buradan yükləyə bilərsiniz. 5889
|
|