“ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ SOSİAL-İQTİSADİ İNKİŞAFINDA ROLU” ADLI KONFRANS KEÇİRİLİB

14 İyul 2023
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar regionlarında elmi potensialın, eləcə də təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində Heydər Əliyevin gördüyü işlər, həyata keçirdiyi layihələr, regional görüşlər və s. ilə bağlı araşdırmalar aparılıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı, elm və təhsil ocaqlarında dayanıqlı fəaliyyətin təşkili, idarə edilməsi, eləcə də dövlət siyasətinin həyata keçirilməsi, innovativ elm-təhsil klasterinin yaradılması və s. istiqamətdə müntəzəm olaraq Coğrafiya İnstitutu elmi-tədqiqat işləri aparır, mövcud problemləri işıqlandırır və onların aradan qaldırılması istiqamətində daim öz təklifləri ilə çıxış edir.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar regionlarında elmi potensialın, eləcə də təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində Heydər Əliyevin gördüyü işlər, həyata keçirdiyi layihələr, regional görüşlər və s. ilə bağlı araşdırmalar aparılıb. Bu sahədə elmi bazanın gücləndirilməsi, innovasiyaların tətbiqi, təbii-coğrafi potensialın təsərrüfata cəlb edilməsi istiqamətində Heydər Əliyevin xidmətləri yüksək qiymətləndirilib.

Bu istiqamətdə 11 iyul 2023-cü il tarixində Gəncə şəhərində “Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafında rolu” adlı konfrans keçirilib. Tədbirdə Coğrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, regionlarda fəaliyyət göstərən coğrafiyaçı alim və müəllimlər iştirak edib, öz dəyərli fikirlərini və regional problemləri tədbir iştirakçılarına çatdırıblar. Müxtəlif istiqamətləri əhatə edən mövzuların məntiqi nəticəsi kimi müasir dövrümüzdə sosial-iqtisadi inkişafın stimullaşdırılması, elm və təhsildə yeni dərsliklərin yazılması, əhali məskunlaşmasının demoqrafik inkişaf istiqamətləri, təsərrüfat sahələrinin dimanik tendensiyaları, təbii fəlakətlər və onların aradan qaldırılması yolları və s. istiqamətli çıxışlar iştirakçılar tərəfindən yüksək dəyərləndirilib.


64
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic