“COĞRAFİYANIN MÜASİR PROBLEMLƏRİ: ELM VƏ TƏHSİLİN İNTEQRASİYASI” ADLI III BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLƏCƏK

20 Sentyabr 2024

 Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməsini nəzərə alaraq Coğrafiya Cəmiyyəti və Coğrafiya İnstitutu 29 oktyabr 2024-cü ildə “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” adlı III Beynəlxalq elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulub. 

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

Azərbaycan Coğrafiya Cəmiyyəti 

Azərbaycan Turizm və Menecment Universiteti 

Qərbi Kaspi Universiteti (Azərbaycan)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

Bursa Uludağ Universiteti (Türkiyə)

Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti 

Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu (Qazaxıstan)

Mirzo Uluqbek adına Özbəkistan Milli Universiteti 

Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu (Gürcüstan)

Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası 

Dağıstan Dövlət Texniki Universiteti (Rusiya)

R.Qəmzətov adına Dağıstan Dövlət Pedaqoji Universiteti (Rusiya) 

Müasir iqlim dəyişmələri Yer səthində temperaturun artmasına, su ehtiyatlarının azalmasına, torpaq- bitki örtüyünün deqradasiyasına, təsərrüfatın ərazi və sahə strukturunun dəyişməsinə səbəb olur. Qlobal istiləşmə ilə müşayiət olunan iqlim dəyişmələri ənənəvi qaynaqların istirilməsinə gətirib çıxarır ki, bu da beynəlxalq səviyyədə iqtisadi, sosial, ekoloji və elmi-maarifləndirmə tədbirlərinin keçirilməsini tələb edir. Bu məqsədlə, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməsini nəzərə alaraq Coğrafiya İnstitutu 29 oktyabr 2024-cü ildə “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” adlı III Beynəlxalq elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulub. 

Konfransın əsas bölmələri aşağıdakılardır:

  • Landşaftlardan istifadənin müasir vəziyyəti
  • İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri
  • Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
  • Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi
  • İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı
  • Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri
  • Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri
  • Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi
  • Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları
  • Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri 
31
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic