ƏMƏKDAŞIMIZ VYETNAM KONFRANSINDA ÖLKƏMİZİ TƏMSİL EDİB
10 Oktyabr 2024
Asiya Coğrafiya Cəmiyyəti, Vyetnam Taynquyen Universiteti, Vyetnam Coğrafiya Cəmiyyəti və Vyetnam Elmlər Akademiyasının Coğrafiya İnstitutu tərəfindən təşkil edilmiş tədbir "Dinamik Asiyada coğrafiya" mövzusuna həsr edilib. Coğrafiya Cəmiyyətinin üzvü, Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaft və landşaft planlaşdırılması şöbəsinin elmi işçisi Emil Cəbrayılov Vyetnam Sosialist Respublikasının Taynquyen şəhərində keçirilən 5-ci Asiya Coğrafiya Konfransında ölkəmizi təmsil edib.
Asiya Coğrafiya Cəmiyyəti, Vyetnam Taynquyen Universiteti, Vyetnam Coğrafiya Cəmiyyəti və Vyetnam Elmlər Akademiyasının Coğrafiya İnstitutu tərəfindən təşkil edilmiş tədbir "Dinamik Asiyada coğrafiya" mövzusuna həsr edilib. 26 ölkənin 360-dan çox ekspert, alim və tələbəsinin iştirak etdiyi konfransda azərbaycanlı mütəxəssis c.ü.f.d. Mirnuh İsmayılovla həmmüəllif olduğu "İqlim dəyişikliyi şəraitində Azərbaycanın nival-buzlaq ekosistemlərinin dinamikası və onun gözlənilən nəticələri" mövzusunda məruzə ilə çıxış edib. İştirakçılarda maraq doğuran çıxış ətrafında disskusiyalar aparılıb. Beynəlxalq əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyinin həssas göstəricisi kimi buzlaqlarda gedən proseslərin öyrənilməsi, insan fəaliyyətinə təsiri barədə Asiya ölkələri ilə birgə elmi işin hazırlanması haqqında razılığa gəlinib.
Təmsilçimiz həmçinin Özbəkistan, Hindistan, Pakistan, Vyetnam, Banqladeş, Qazaxıstan kimi ölkələrin coğrafiya cəmiyyətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə iştirak edib, birgə əməkdaşlıq və qarşılıqlı münasibətlərin genişləndirilməsi barədə müzakirələr aparıb.
E.Cəbrayılovun sözlərinə görə, Vyetnamda keçirilən 5-ci Asiya Coğrafiya Konfransı bu qitənin coğrafiyaçıları arasında akademik mübadilə və əməkdaşlıq üçün mühüm platforma yaradıb, Asiya coğrafiyasının tədqiqat nəticələrini və inkişaf nailiyyətlərini dünyaya nümayiş etdirib.
46