ACC ÜZVLƏRİ AKADEMİK RAMİZ MƏMMƏDOVUN XATİRƏSİNİ ANIBLAR
04 fevral 2025
Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri Mirnuh İsmayılov başda olmaqla, Cəmiyyətin üzvləri və Coğrafiya İnstitutunun kollektivi ACC-nin sabiq prezidenti, görkəmli coğrafiyaşünas alim akademik Ramiz Məmmədovun xatirəsini anmaq üçün Fəxri Xiyabana gedərək məzarını ziyarət ediblər.
Mərhumun həmkarları, vaxtılə rəhbərlik etdiyi Azərbaycan Coğrafiya Cəmiyyətinin və İnstitutun əməkdaşları çıxış edərək akademik haqqında ürək sözlərini bildiriblər, xatirələrini bölüşüblər.
Alimin qızı, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi c.ü.f.d. Natavan Cəfərova atasının xatirəsini əziz tutaraq onu həmişə yad etdiklərinə görə həmkarlarına ailəsi adından minnətdarığını bildirib.
Tədbir iştirakçıları Akademik Ramiz Məmmədovun məzarı önünə tər çiçəklər qoyaraq ruhuna dualar ediblər.
.jpeg)
  
  81
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|