GÖRKƏMLİ ALİM, AMEA-NIN MÜXBİR ÜZVÜ, PROFESSOR AMİN İSMAYILOVUN ANADAN OLMASININ 75 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “XƏZƏR HÖVZƏSİ: EKOCOĞRAFİ PROBLEMLƏR VƏ DAVAMLI İNKİŞAF” BEYNƏLXALQ ELMİ KONFRANSI
23 Aprel 2026
“Xəzər hövzəsi: ekocoğrafi problemlər və davamlı inkişaf” adlı beynəlxalq elmi konfrans görkəmli alim, AMEA-nın müxbir üzvü, professor Amin İsmayılovun anadan olmasının 75 illik yubileyinə həsr olunur. Konfrans 10–11 iyun 2026-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu PHŞ tərəfindən təşkil ediləcəkdir.
Konfransın məqsədi qlobal iqlim dəyişiklikləri fonunda Xəzər hövzəsində baş verən ekoloji və coğrafi proseslərin elmi əsaslarla təhlili, mövcud ekocoğrafi problemlərin araşdırılması və davamlı inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir. Tədbir çərçivəsində biomüxtəlifliyin qorunması, təbii resursların səmərəli idarə olunması və regionda ekoloji təhlükəsizlik məsələləri üzrə müzakirələrin aparılması nəzərdə tutulur.
Xəzər hövzəsi ekoloji, iqtisadi və sosial baxımdan strateji əhəmiyyətə malik regionlardan biri olmaqla, son illərdə iqlim dəyişiklikləri, sənaye və enerji fəaliyyətinin genişlənməsi, dəniz səviyyəsinin dəyişməsi və biomüxtəlifliyin azalması kimi amillərin təsiri altında mühüm dəyişikliklərə məruz qalır. Bu baxımdan konfrans yerli və xarici alimlər arasında elmi əməkdaşlığın gücləndirilməsi və aktual problemlərin birgə müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayacaqdır.
Konfrans elanı (Az) (PDF)
Konfrans elanı (Eng) (PDF)
Konfransın əsas istiqamətləri
1. Xəzər hövzəsinin fiziki-coğrafi xüsusiyyətləri və ekosistemləri
- Xəzər dənizinin hidrologiyası, hidrodinamikası və hidrometeorologiyası
- dəniz və sahil ekosistemlərinin tədqiqi xüsusiyyətləri
2.Xəzər regionunda iqlim dəyişiklikləri və ekoloji risklər
- iqlim dəyişkənliyi, və onun regional təsirləri təzahürləri, gələcək proqnozlar (SMIP 6)
- iqlim dəyişkənliyinin Xəzər dənizində səviyyə dəyişmələri və ekoloji nəticələri
3.Qlobal istiləşmə və dəniz sahillərində səhralaşma prosesləri
- Qlobal istiləşmənin Xəzər dənizinin su balansına və sahil landşaftına təsiri
- Sahil zonalarının idarə olunması
4.Sahil zonalarının idarə olunması və biomüxtəlifliyin qorunması
- sahil landşaftları və ekosistemlər
- biomüxtəlifliyin mühafizəsi və bərpası
5.Xəzər dənizinin səviyyə tərəddüdləri
- Səviyyə dəyişkənliyinə təsir edən əsas təbii və antropogen amillərin analizi
- Səviyyənin gözlənilən gələcək dəyişmələrinin mümkün proqnozları
- Xəzərin səviyyə tərəddüdlərinə adaptasiya strategiyası
6.Biomüxtəliflik və bioresurslar
- iqlim dəyişkənliyi və səviyyə tərəddüdlərinin Xəzər dənizinin biomüxtəliflik və bioresurslarına təsiri
- akvakultura və morekulturanın inkişaf perspektivləri
7.Təbii resursların istifadəsi və ekoloji təhlükəsizlik məsələləri
- neft-qaz sənayesinin ekoloji təsirləri
- çirklənmə və ətraf mühitin monitorinqi
8.Xəzər regionunda sosial-iqtisadi inkişaf və davamlılıq problemləri
- regional inkişaf və resurs idarəçiliyi
- ekoloji siyasət və idarəetmə
9.Regional və beynəlxalq ekoloji əməkdaşlıq
- transsərhəd ekoloji problemlər
- Xəzəryanı ölkələr arasında elmi əməkdaşlıq
Məqalələrin qəbulu və nəşr şərtləri
Məqalələr
31 may 2026-cı il tarixinədək qəbul olunur. Təqdim olunan bütün məqalələr
rəy (peer-review) prosesindən keçdikdən sonra konfransın rəsmi materiallar toplusunda çap ediləcəkdir. Çap olunan hər bir məqaləyə
beynəlxalq DOI (Digital Object Identifier) kodu veriləcək, konfrans materialları isə
ISBN kodu ilə nəşr olunacaqdır ki, bu da elmi işlərin beynəlxalq səviyyədə tanınmasını və əlçatanlığını təmin edir.
Seçilmiş yüksək keyfiyyətli məqalələrin
beynəlxalq indeksli jurnallarda çap olunması
tövsiyə ediləcəkdir.
Məqalələrinizi
[email protected] elektron ünvanına göndərərkən, xahiş olunur e-poçtun
mövzu hissəsində konfransın adını qeyd edəsiniz.
Tel: +994 51 799 43 99 (Whatsapp)
MATERİALA OLAN TƏLƏBLƏR
Mətnin formatı: Microsoft Word (doc, docx)
Səhifənin formatı: А4
Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 см
Çap: Times New Roman, ölçü (şrift) 12
Sətirarası interval: 1
Məqalənin həcmi: 4-7 səh.
Mətnin orijinallığı: ən azı 70%
MƏQALƏNİN TƏRTİBATI
Məqalənin içərisində mətnin yeri və quruluşu
Azərbaycan dilində:
- Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
- Müəllifin S.A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 11);
- Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
- İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
- Mail ünvanı (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
- ORCID ID kodu (məsələn, https://orcid.org/0000-0000-0000-0000) (sağ tərəfdə, şrift 11);
Bir sətir aralı:
- Xülasə (100-150 söz, şrift 10);
- Açar sözlər (5-7 söz, şrift 10);
Qeyd: Əgər məqalə ingilis dilindədirsə Azərbaycan dilində xülasəyə ehtiyac yoxdur.
Bir sətir aralı:
İngilis dilində:
- Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
- Müəllifin S.A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 11);
- Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
- İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
- Mail ünvanı (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
- ORCID ID (məsələn, https://orcid.org/0000-0000-0000-0000) (sağ tərəfdə, şrift 11);
Bir sətir aralı:
- Xülasə (100-150 söz, şrift 10);
- Açar sözlər (5-7 söz, şrift 10);
Bir sətir aralı:
- Məqalənin əsas mətni verilir (şrift 12, sətirlərarası interval – 1);
- Giriş
- Metod
- Təhlil və müzakirə
- Nəticə
- Ədəbiyyat siyahısı: məqalənin sonunda "Ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 12). (Müəllifin soyadı, A. A. (İl). Mənbənin adı. Mənbə haqqında məlumat. DOI və ya URL)
Kitab
Format: Soyad, A. A. (İl). Kitabın adı. Nəşriyyat.
Nümunə: Əliyev, R. (2020).
Təhsildə innovativ yanaşmalar. Bakı Nəşriyyatı.
✔ Kitabın adı kursiv yazılır
✔ Nəşriyyat şəhəri yazılmır (APA 7-də tələb olunmur)
Elmi Jurnal Məqaləsi
Format: Soyad, A. A. (İl). Məqalənin adı. Jurnalın adı, Cild (Nömrə), səhifələr. https://doi.org/xxxxx
Nümunə: Məmmədov, T. (2021).
İnklüziv təhsilin metodoloji əsasları. Azərbaycan Təhsil Jurnalı, 15(2), 45–60. https://doi.org/10.1234/abcd
✔ Jurnalın adı və cild nömrəsi kursiv yazılır
✔ Nömrə (issue) mötərizədə yazılır və kursiv deyil
✔ DOI varsa mütləq göstərilməlidir
Konfrans Materialı (Proceedings)
Format: Soyad, A. A. (İl). Məqalənin adı. In B. B. Redaktor (Ed.),
Konfrans toplusunun adı (s. xx–xx). Nəşriyyat. DOI və ya URL
Əgər onlayndırsa: Soyad, A. A. (İl). Məqalənin adı.
Konfransın adı. URL
Veb səhifə
Format: Təşkilat və ya Müəllif. (İl, Ay Gün). Başlıq. Saytın adı. URL
Nümunə: UNESCO. (2022, March 15). Education for sustainable development.
https://www.unesco.org/...
✔ “Retrieved from” yazılmır
✔ URL-dən sonra nöqtə qoyulmur
Mətndə ədəbiyyata istinadlar APA 7 (American Psychological Association, 7th edition) istinad formasında aşağıdakı kimi göstərilir:
Mətn daxilində istinad
APA 7-də istinad mətn daxilində müəllifin soyadı + nəşr ili formatında verilir.
✔
Bir müəllif: Parafraz: (Əliyev, 2020)
- Cümlə daxilində: Əliyev (2020) qeyd edir ki, ...
✔
İki müəllif: (Əliyev & Məmmədov, 2021)
✔
Üç və daha çox müəllif: İlk istinaddan etibarən: (Əliyev et al., 2022)
✔
Birbaşa sitat (səhifə nömrəsi ilə): (Əliyev, 2020, s. 45) və ya Əliyev (2020) yazır: “...” (s. 45).

54