AR ETN COĞRAFİYA İNSTİTUTUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 103 İLLİYİ QEYD OLUNUB

4 may 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Giriş sözü ilə çıxış edən Coğrafiya İnstitutu PHŞ-nin direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, elmin və təhsilin inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. O vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi strateji kurs bu gün də uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Heydər Əliyev və təhlükəsizlik sistemi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Heydər Əliyev hələ sovet dövründə milli təhlükəsizlik sistemində peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirib, milli kadr potensialının formalaşdırılması istiqamətində mühüm addımlar atıb. Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi daxili və xarici təhdidlər fonunda ölkədə güclü idarəetmə və koordinasiyaya ciddi ehtiyac yaranmışdı. 1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik təmin olunub, dövlət institutları möhkəmləndirilib, təhlükəsizlik sistemi yenidən qurulub.

Arzu Nağıyev qeyd edib ki, həmin dövrdə imzalanan mühüm strateji sənədlər, o cümlədən “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayıb. O, həmçinin vurğulayıb ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların, o cümlədən 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır.

Tədbirdə çıxış edən Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq elmləri doktoru Habil Qurbanov Ulu Öndərin zəngin siyasi irsindən danışıb, onun dövlət idarəçiliyi sahəsində yaratdığı möhkəm əsasların bu gün də aktuallığını qoruduğunu bildirib.

Daha sonra Coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizov Heydər Əliyev və şahmat mövzusunda maraqlı çıxış edərək Ümummilli Liderin intellektual oyunlara, xüsusilə şahmata göstərdiyi diqqətdən bəhs edib.

İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxışında bildirib ki, hər il Ulu Öndərin anım günü ərəfəsində keçirilən tədbirlər çərçivəsində müxtəlif idman yarışları təşkil olunur. Bu təşəbbüslərin əsas məqsədi əməkdaşlar arasında sağlam həyat tərzinin təşviqi və kollektiv ruhunun gücləndirilməsidir.

Tədbirin sonunda keçirilən şahmat turnirinin qalibləri mükafatlandırılıb. Yarışda I yeri c.e.d,professor Rza Mahmudov, II yeri c.ü.f.d Ceyhun Qasımov, III yeri c.ü.f.d Emil Cəbrayılov, IV yeri isə Samir Seyidməmmədov tutub. Qaliblərə diplomlar təqdim olunub . Tədbir iştirakçıları gələcəkdə də bu ənənənin davam etdirilməsinin vacibliyini qeyd edərək, belə təşəbbüslərin mütəmadi keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.















8
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic