COĞRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ SEMİNARDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

09 İyun 2026
Çinin Quançjou (Guangzhou) şəhərində 5-7 iyun 2026-cı il tarixlərində  “Asiya gənc coğrafiyaçılarının 5-ci seminarı” (The 5th Workshop of Asian Young Geographers) keçirilmişdir. Beynəlxalq tədbir Asiya Coğrafiya Assosiasiyası, Çin Coğrafiya Cəmiyyəti və Beynəlxalq Coğrafiya İttifaqının (IGU) birgə təşkilatçılığı ilə baş tutub. “Asiyanın innovasiyası, dünyanın yenidən formalaşması” (Innovating Asia, Reshaping the World) mövzusuna həsr olunmuş beynəlxalq tədbirdə regionda baş verən sürətli ekoloji dəyişikliklər, sosial-iqtisadi və texnoloji keçidlər, həmçinin coğrafiya elminin daha davamlı və ədalətli bir dünyanın qurulmasındakı rolu geniş müzakirə edilib.
Beynəlxalq seminarda Coğrafiya İnstitutunun əməkdaşı c.ü.f.d. Emil Cəbrayılov onlayn formatda iştirak edərək çıxış etmişdir. O, “Azərbaycanın mühafizə olunan ərazilərində antropogen təzyiqin və meşə itkilərinin geoməkan monitorinqi” (Geospatial monitoring of human pressure and forest loss in protected areas of Azerbaijan) mövzusunda məruzə təqdim edib.
Məruzədə respublikamızın xüsusi mühafizə olunan təbiət ərazilərində, Şahdağ və Samur-Yalama milli parklarında meşə örtüyünün dinamikası, antropogen təsirlərin müasir geoməkan metodları və peyk görüntüləri vasitəsilə analizi barədə mühüm nəticələr diqqətə çatdırılıb. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb və təmsilçimiz konfrans iştirakçılarının suallarını ətraflı cavablandırıb.








 
39
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic