LANDŞAFTŞÜNAS ALİMLƏRİN MƏQALƏSİ YÜKSƏK İNDEKSLİ JURNALDA DƏRC EDİLİB
11 İyun 2026
AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və təbiətdən istifadə” laboratoriyasının müdiri, c.e.d., dos. Mirnuh İsmayılov, c.ü.f.d., dos. İ.Y. Kuçinskaya, c.ü.f.d., dos. E.C. Kərimova və doktorant F.Z. Zamanov tərəfindən “Kiçik Qafqazın şimal-şərq yamacında dağ geosistemlərinin fəaliyyətinin geofiziki aspektləri” (“Geophysical aspects of the functioning of the mountain geosystems on the north-eastern slope of the Lesser Caucasus”) adlı məqalə “Sustainable Development of Mountain Territories” (“Dağ Ərazilərinin Dayanıqlı İnkişafı”) jurnalının Yer Elmləri seriyasında dərc olunmuşdur. Jurnal beynəlxalq referativ məlumat bazası və istinad sistemi olan Scopus-a (Q2) daxil edilmişdir.
Məqalədə müəlliflər tərəfindən müasir iqlim dəyişiklikləri şəraitində Kiçik Qafqazın şimal-şərq yamacında yerləşən dağ geosistemlərinin fəaliyyətinin geofiziki aspektləri araşdırılmışdır. Təbii komplekslərin dayanıqlığını müəyyən edən əsas amillərdən biri kimi istilik rejiminə xüsusi diqqət yetirilmişdir. Orta dağlıq zonada (sentyabr–oktyabr aylarında) aparılmış yarımstasionar mikroiqlim, biometrik və torpaq müşahidələri əsasında havanın və torpağın temperatur göstəriciləri, radiasiya balansı və istilik mübadiləsi prosesləri təhlil edilmişdir.
Tədqiqat nəticəsində şimal və cənub yamaclarının, vadi dibinin və suayrıcı sahələrin landşaftları arasında istilik rejimində əhəmiyyətli fərqlər müəyyən edilmişdir. Relyefin oroqrafik xüsusiyyətləri ilə şərtlənən havanın temperaturunun sutkalıq dəyişmə qanunauyğunluqları və onun məkan üzrə variasiyası aşkar olunmuşdur. Əldə edilən nəticələr iqlim transformasiyası şəraitində dağ ekosistemlərinin fəaliyyəti və dayanıqlığının daha dərindən anlaşılması baxımından mühüm elmi əhəmiyyət kəsb edir.
For citation: Ismayilov M.J., Kuchinskaya I.Y., Zamanov F.Z., Karimova E.J. Geophysical aspects of the functioning of the mountain geosystems on the north-eastern slope of the Lesser Caucasus. Sustainable Development of Mountain Territories. 2026, vol. 18, no. 1, pp. 297–310. (In Russ.). DOI: 10.21177/1998- 4502-2026-18-1-297-310.

 30
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|