AR ETN COĞRAFİYA İNSTİTUTUNDA YAP-IN İLK ƏRAZİ PARTİYA TƏŞKİLATININ İCLASI KEÇİRİLİB

08 Oktyabr 2026

AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) ilk ərazi partiya təşkilatının iclası keçirilib. Tədbirin əvvəlində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutu PHŞ-nin direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani iştirakçıları salamlayaraq 2 oktyabr 2026-cı ildə keçirilən YAP-ın VIII Qurultayının əhəmiyyətindən danışıb. O bildirib ki, qurultay Azərbaycanın yeni geosiyasi reallıqları fonunda ölkənin qarşısında duran strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir. Zaur İmrani çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının ölkənin müasir tarixində yeni mərhələnin əsasını qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycan yeni reallıqlar şəraitində regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.
İnstitut rəhbəri çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə, ölkənin sosial-iqtisadi inkişafına, elm və təhsil sahəsində həyata keçirilən islahatlara da toxunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında YAP-ın VIII Qurultayının əhəmiyyətindən danışaraq bildirib ki, qurultay ölkənin qarşıdakı inkişaf mərhələsi üçün mühüm istiqamətləri müəyyənləşdirib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlətçilik tariximizin mühüm hadisələrindən olmaqla yanaşı, ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaradıb. O, milli həmrəyliyin, dövlətçilik ənənələrinə bağlılığın və cəmiyyətin bütün təbəqələrinin vahid məqsədlər ətrafında birliyinin ölkənin gələcək inkişafı üçün mühüm amil olduğunu diqqətə çatdırıb.
Bəxtiyar Nəbiyev vurğulayıb ki, bu gün Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri əldə olunmuş sülh və sabitliyin qorunması, milli həmrəyliyin daha da gücləndirilməsi və ölkənin davamlı inkişafının təmin edilməsidir. O bildirib ki, cəmiyyətin müxtəlif təbəqələrinin vahid milli məqsədlər ətrafında birləşməsi, dövlətçilik dəyərlərinin qorunması və gənclərin ictimai proseslərdə fəal iştirakının təmin edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
YAP Yasamal rayon təşkilatının sədri, həmçinin Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu və milli kadr potensialının formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətdən danışıb. O qeyd edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın müasir dövlətçilik modelinin formalaşmasına mühüm təsir göstərib.
Daha sonra Kimya İnstitutunun direktor vəzifəsini icra edən, kimya elmləri doktoru, professor Əfsun Sucayev çıxış edərək Azərbaycanın müstəqilliyi, dövlətçilik ənənələri və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O bildirib ki, ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycan xalqının milli iradəsinin və həmrəyliyinin mühüm nəticəsidir.
Əfsun Sucayev qeyd edib ki, ölkənin yeni inkişaf mərhələsində əsas prioritetlərdən biri sülh və sabitliyin qorunması, regionda uzunmüddətli əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasıdır. Professor elm və təhsilin bu prosesdə xüsusi rolunu vurğulayaraq, elmi potensialın gücləndirilməsinin, gənc alimlərin dəstəklənməsinin və müasir elmi mühitin formalaşdırılmasının dövlətin inkişafına mühüm töhfə verdiyini bildirib.
Coğrafiya elmləri doktoru Rza Mahmudov çıxışında Azərbaycanın yeni geosiyasi reallıqları şəraitində elm qarşısında duran vəzifələrdən danışıb. Rza Mahmudov elmi müəssisələrin qarşısında duran əsas vəzifələrdən birinin əldə olunan nəticələri ölkənin davamlı inkişafına yönəltmək olduğunu qeyd edib.
Coğrafiya İnstitutunun İnzibati şöbəsindən Həmdulla Əliyev çıxışında YAP-ın VIII Qurultayında müəyyənləşdirilən əsas istiqamətlərə toxunaraq ölkənin yeni inkişaf mərhələsində milli birlik və həmrəyliyin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurların davamlılığı cəmiyyətin bütün təbəqələrinin dövlətçilik dəyərləri ətrafında birliyindən, sabitliyin və ictimai həmrəyliyin qorunmasından keçir.
Coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev çıxışında ölkənin davamlı inkişafında coğrafiya elminin və elmi tədqiqatların əhəmiyyətini vurğulayıb. Ənvər Əliyev gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsinin və onların təşəbbüslərinin dəstəklənməsinin ölkənin elmi potensialının gücləndirilməsinə töhfə verəcəyini bildirib.
Çıxışlarda Azərbaycanın sülhə və əməkdaşlığa əsaslanan inkişaf siyasəti, milli həmrəyliyin qorunması, gənc nəslin dövlətçilik dəyərləri ruhunda formalaşdırılması, elmin və təhsilin inkişafının dəstəklənməsi məsələləri xüsusi vurğulanıb.










 
52
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic