XƏZƏR DƏNİZİNİN GEOLOGİYASI
Mütəxəssislərin fikrincə Mezazoy erasının başlanğıcında 30 min il davam edən Trias dövrü ərəfəsində Yer kürəsinin böyük sahəsini quru təşkil etmiş, sonralar həmin quru hissələrini su basdığına görə dəniz əmələ gəlmişdir. Elmi ədəbiyyatda Tetis adlandırılan bu dənizin bir tərəfi İspaniyaya o biri tərəfi isə Zond adalarınadək çatmış. Lakin mezazoy erasının sonunda, yəni 70 milyon il davam edən Tabaşir dövründə gil, qum və əhəngdaşı çöküntülərinin uzun tarixi dövr ərzində toplanaraq suyun səthinə çıxması quru əmələgəlmə prosesinə güclü təkan vermişdir. Proses bu mərhələ ilə dayanmayıb davam etmiş və nəticədə Xəzər dənizi, Qara dəniz hövzələrindən tədricən ayrılmışdır. Amma tarixin müxtəlif dövrlərində Xəzərin sahəsi bəzən böyümüş, bəzən də kiçilmişdir. Müasir Xəzərin formalaşması müxtəlif mərhələlər keçməyinə baxmayaraq milyon il bundan qabaq iqlimin kəskin dəyişməsi (Avropada, Asiyada və Şimali Amerikada buzlaşma dövrü və onun əriməsi prosesinin ərazisinin dövrü olaraq dəyişməsinə təsir göstərmişdir. 23211
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|