HANSI ÖLKƏ 30 DEKABR 2011-Cİ İL TARİXİNİ QEYD ETMƏYİB?

Sakit okeanda ada dövlət olan Samoada 30 dekabr 2011-ci il tarixli gün olmamışdır. Bu qərarı dövlətin rəhbərliyi saat qurşağını UTC–11-dən UTC+13-ə  dəyişmək üçün vermişdir. Səbəb ondan ibarət idi ki, əvvəllər Samoanın ticarət əlaqələri ABŞ və Böyük Britaniyaya istiqamətlənmişdi, ancaq son vaxtlar işgüzar əlaqələrin istiqaməti Samoaya coğrafi cəhətdən daha yaxın olan Avstraliya və Yeni Zellandiyaya doğru dəyişmişdir. Təqvimdəki bu atlama bu ölkələr ilə bir günlük fərqin aradan qaldırılmasına səbəb oldu.





                    
23784
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic