FRANSA VƏ İSPANİYANIN BİRGƏ İDARƏÇİLİYİNDƏ OLAN ADA
İspaniyanın və Fransanın sərhəddində, Bidasoa çayının keçdiyi ərazidə Feozan adası yerləşir. 1659-cu ildə bu iki dövlət arasında uzun sürən müharibəyə son qoyan sülh müqaviləsi imzalandı. Həmin vaxtdan ada kondominium statusu aldı, yəni hər iki dövlətin idarəçiliyinə keçdi. Belə ki, adada idarəçilik periodik şəkildə dəyişir. Ərazini altı ay ispan şəhəri İrun şəhər bələdiyyəsi idarə edir, ilin digər altı ayını isə ada fransız şəhəri Andayın tabeliyinə keçir. Adada yaşayış yoxdur və ziyarətçilər də buraya buraxılmır.
24847
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|