AZƏRBAYCAN AVROPA ÖLKƏSİDİR

24 Sentyabr 2013
Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Coğrafiya Cəmiyyəti uzun müddət mübahisəli olan Avropa qitəsi ilə Asiyanın arasındakı sərhəd xəttinin keçdiyi məntəqələri dəqiqlıklə müəyyənləşdirmişlər. Məlumdur ki, bu qitələr arasındakı sərhəd 1964-cü ildə qəbul olunmuş xətt üzrə keçirmişdir. Lakin bu, mübahisəli sərhəddir. Ona görə də həm Rusiya Federasiyasında, həm də Qazaxıstanda yeni sərhəd xətti müəyyən olunaraq o, Xəzər dənizinin şərq sahilindəki Mangistau yarımadasına qədər gətirilmişdir. Fərz edilirdi ki, sərhəddin davamı Abşeron yarımadasından keçməklə, Böyük Qafqazın su ayrıcı boyu uzanaraq Qara dənizə qədər çatmalıdır. Azərbaycan ərazisindən keçən xətt üzrə təkliflər hazırlanmış və bu haqda ilk dəfə olaraq geologiya-minerologiya e.n. Rəşid Fətəliyev məqalələr çap etdirmişdir. Öz növbəsində, Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyəti həmin sərhəddin keçdiyi məntəqələri müəyyənləşdirmiş və AMEA-nın müxbir üzvü Ramiz Məmmədovun rəhbərliyi ilə 7 avqust tarixində Abşeron rayonunun Fatmayı kəndi yaxınlığında və Xızı rayonunun Altıağac qəsəbəsi yaxınlığında bu sərhəddin sərhəd xətti bildirən rəmzi göstəricilərini orada vurmuşlar. Beləliklə, AMEA Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyəti yeni sərhəd haqqında öz təkliflərini ictimaiyyətə təqdim etmişlər.
34310
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic