AZƏRBAYCAN COĞRAFİYA CƏMİYYƏTİNİN IX QURULTAYI KEÇİRİLDİ

30 Aprel 2014
2014-cü il, aprelin 30-da  Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayı keçirildi.
ACC-nin vitse-prezdenti, AMEA-nın  müxbir üzvü, texnika elmlər doktoru, professor Ramiz Məmmədov iclası giriş sözü ilə açaraq sonuncu qurultaydan keçən dövr ərzində ACC-nin hesabatını məruzə etdi. Bu dövr ərzində həyata keçirilmiş layihə və konfranslar, Cəmiyyətin filialları, nəşrləri, beynəlxalq əlaqələri  və s. haqqında ətraflı məlumat verdi.
Qurultayın proqramına uyğun olaraq çıxışlar dinlənildi. BDU-nun professoru, c.e.d. Neron Babaxanov coğrafi problemlərdən danışaraq Xəzər sahillərinin mənimsənilməsi zamanı dənizin səviyyə tərəddüdünü nəzərə alınmamasını xüsusi vurğuladı. BDU-nun coğrafiya fakultəsinin dekanı, c.e.d. Fərda İmanov çıxışında Cəmiyyətin maddi bazasının zəif olmasından söz açdı, maarifləndirmə işlərinin gücləndirilməsinin vacib olduğunu qeyd etdi. ADPU-nun coğrafiya fakültəsinin  dekanı, c.ü.f.d. Mətanət Əsgərova ACC-nin universitetdəki fililalının  fəaliyyətindən danışdı. Hidrometeorologiya Elmi-tədqiqat institutunun direktoru, c.e.d., professor Rza Mahmudov öz çıxışında rəyasət heyyətinə gənclərin seçilməsini və regionlarda koordinasiya məsələlərinin genişləndirilməsini təklif etdi. Daha sonra c.e.d., professor    Çingiz İsmayılov, c.e.d., professor  Şövqi Göyçaylı, f\r.ü.f.d., dosent  Nazim Bababəyli, t.e.d., professor Məqsəd Qocamanov və s. coğrafiyafiyaçı alimlər məruzə ilə çıxış etdilər.
Sonra ACC-nin 17 nəfərdən ibarət yeni rəyasət heyəti seçildi. AMEA-nın  müxbir üzvü, texnika elmlər doktoru, professor Ramiz Məmmədov Coğrafiya Cəmiyyətinin  prezidenti, c.e.d. Elbrus Əlizadə, c.e.d., professor Fərda İmanov  və c.ü.f.d. Mətanət Əsgərova isə vitse-prezidenti vəzifəsinə seçildilər.
“Coğrafiya Cəmiyyətinin Xəbərləri” jurnalının yeni formatda təsis olunması barədə qərar qəbul edildi,  yeni redaksiya heyəti seçildi.
Daha sonra ACC-nin saytının təqdimatı keçirildi. Qurultay iştirakçıları tərəfindən razılıqla qarşılanan və müsbət qiymətləndirilən saytın informasiya bazasının daha da genişləndirilməsi məsləhət görüldü.
Coğrafiya Cəmiyyətinin yeni loqosu müzakirələrdən sonra  seçilib təsdiq olundu.
Yekunda qərar layihəsi səs çoxluğu ilə qəbul edildi.

 
   
 
 
     
   
 
  

  

  

   
14653
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic