AZƏRBAYCAN COĞRAFİYA CƏMİYYƏTİ
AZƏRBAYCAN COĞRAFİYA CƏMİYYƏTİ
Azərbaycan Coğrafiya Cəmiyyəti 1939-cu ildə SSRİ Coğrafiya Cəmiyyətinin Azərbaycan filialı kimi yaradılmışdır. 1957-ci ildə Cəmiyyətin I Qurultayında onun nizamnaməsi qəbul edildi və müstəqil Azərbaycan Coğrafiya Cəmiyyəti yaradıldı, 2002-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yenidən qeydə alındı. Fəalliyəti dövründə cəmiyyətin üzvləri coğrafiya və ona yaxın elm sahələrində fundamental və tətbiqi elmi tədqiqatlar aparmış, Azərbaycanda orta və ali məktəblərdə coğrafiyanın tədrisinin təşkilini təmin etmişlər. Ölkədə təbiəti mühafizə və coğrafi biliklərin geniş təbliği ilə məşqul olmuşlar. Cəmiyyətin rəyasət heyyəti, prezidenti, icraçı direktoru və vitse-prezidentləri fəalliyət göstərir. Cəmiyyətin prezidenti vəzifəsində uzun müddət akad. M.A.Qaşqay, AMEA müxbir üzvü Q.K.Gül, akad. H.Ə.Əliyev və akad. B.Ə.Budaqov kimi görkəmli alim-ictimai xadimlər çalışmışlar. Cəmiyyətin ölkənin bir sıra bölgələrində bölmələri fəaliyyət göstərir. Hal-hazırda öz sıralarında ölkəmizin aparıcı coğrafiyacı, ekoloq və digər mütəxəssisləri birləşdirən Azərbaycan Coğrafiya Cəmiyyətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Coğrafiya, ekologiya və ona yaxın elm sahələrində çalışan mütəxəssislər arasında koordinasiyaya nail olmaq;
- Respublikada coğrafiya, ekologiya, təbii-dağıdıcı proseslər və onların yaratdığı risk və təhlükələrin, proqnozlaşdırılması və qarşısının alınmasının istiqamətində elmi tədqiqatların təşkili;
- Təbii və texnogen mənşəli fəlakətlərin coğrafi yayılmasını ölkə, müxtəlif regionlar və rayonlar miqyasında tədqiqini təşkil edilmişdir, müvafiq dövlət orqanlarını və əhalini bu haqda məlumatlandırılmasını, əhali arasında ekoloji maarifləndirmənin aparılmasının təşkili;
- Respublikada coğrafiyanın və ona yaxın elmlərin ali və orta məktəblərdə tədrisinin təkmilləşdirilməsinə və coğrafi-ekoloji biliklərin ölkə ictimaiyyəti arasında yayılmasına kömək göstərmək;
- Xəzər dənizi, onun ekoloji şəraitinin təbii ehtiyyatlarının tədqiqinin təşkili və bu haqda biliklərin təbliği
Azərbaycanın coğrafiyasına, ekoloji şəraitinə, təbii risk və təhlükələrin tədqiqinə və digər problemlərə aid elmi-praktiki konfransların təşkili, elmi-publisistik jurnalların nəşri, müvafiq filmlərin hazırlanması, vətəni tanımaq və sevmək hisslərinin aşılanması.
AZƏRBAYCAN COĞRAFİYA CƏMİYYƏTİNƏ ÜZV OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ:
Azərbaycan Coğrafiya Cəmiyyətinə üzv olmaq istəyən şəxslər AMEA-nın Coğrafiya İnstitutuna müraciət edə bilərlər.
Tələb olunan sənədlər:
- Ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 1 ədəd 3x4 ölçülü rəngli fotoşəkil.
Qeyd: ACC-yə 1 illik üzvlülük haqqı 10 manatdır (tələbələr üçün 1 manat).
Ünvan:
AZ 1143, Azərbaycan, Bakı ş., H. Cavid küç. 115
AMEA-nin əsas binası, 2-ci mərətbə, otaq N:244
ACC-nin elmi katibi Mirnuh İsmayılov
Tel. 050 5416430 38967
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|