PORTUQALLARIN BRAZİLİYA SAHİLLƏRİNƏ ALTERNATİV MARŞRUTU - III HİSSƏ

(əvvəli: “Roma papalarının bullaları və ya dünyanın bölüşdürülməsi”  adlı məqalədə)
 
Kral II Juan ispanların xəbəri olmadan məxfi ekspedisiyanın hazırlanmasına start verir. Bu minvanla Braziliyanın əsl kəşfinin qıfılını elə buradaca açmaq mümkün olar. Bartolomeu Diaş Afrikanın şimaldan cənuba qədər qərb sahillərini, Pireyra isə Atlantik okeanında yerləşən portuqal dənizçilərinə məlum olan ada və arxipelaqları yaxşı tanıyırdı və çətinlik çəkmədən həmin akvatoriyalarda sərbəst şəkildə üzə bilirdi. Elə okeandakı arxipelaqların və cərəyanların yerləşdiyi akvatoriyaları yaxşı tanıdığından Braziliyanın kəşf edilməsi, məhz Pireyraya tapşırılmalı idi. Bir sözlə, onun sayəsində Portuqaliya krallığı nəhəng bir əraziyə sahib olurlar. Halbuki həmin ekspedisiya əvvəlki səyahətlər kimi uğursuzluqla nəticələnsəydi, onlar Atlantik okeanında kəşf etdikləri adalarla kifayətlənməliydilər.
1493-cü ili başa vurmamış ekspedisiya səyahətə çıxmalı idi. İsti havalar geridə qaldığından və payızda bu enliklərdə fırtına və qasırğalar tüğyan etdiyindən bunu Afrikanın şimal-qərb sahilində həyata keçirmək lazım idi.
Çox güman ki, Pireyra 1494-cü ilin birinci rübündə Lissabona qayıdır. Hazırlanan hesabatda hər bir detal bütün incəliklərinə kimi yoxlanılır. Ən əsası yenicə kəşf olunan və müəyyən vaxta qədər gizlin saxlanılacaq həmin ərazinin koordinatları diqqət mərkəzində  saxlanılırdı.  Koordinatlar  baxımdan  mən  bir neçə variantı nəzərdən keçirməli olmuşam və belə bir nəticəyə gəldim ki, Pireyra təxminən indiki San-Luis və Belen şəhərləri ərazisində 10 c. en dairəsi və 420-430 qərb uzunluğunda Braziliya sahillərinə çıxmışdı. Həmin ərazidə sahil zolağı yarıq-yarıq olduğundan, xüsusən də San-Luisin yerləşdiyi quru torpaq yarımadada yerləşdiyindən o, adalar qrupu ilə üzləşdiyini zənn edir. Axı, Kolumb da okeanın qərb hissəsində çoxsaylı adalar qrupunun kəşf etdiyini bəyan etmişdi. Elə Kabral da həmin əraziyə ilk dəfə qədəm qoyanda, elə bilimişdi ki, həmin ərazi böyük bir adadır.
Bu yerdə sual verilə bilər ki, nəyə görə mən Pireyranın indiki San-Luisin yerləşdiyi əraziyə gəlib çıxdığını ortaya qoyuram? Mənim fərziyyəmə görə Pireyra özü üçün tanış olan Qvineya sahllərinə yaxın bir yerdə Cənubi-Passat cərəyanının vasitəsilə qərbə yola düşür və Cənubi Amerika materikinin astanasında, iki yerə bölünən Qviana və Braziliya cərəyanları ilə rastlaşır. Şimala doğru üz tutan Qviana cərəyanı Pireney yarımadasının yerləşdiyi enliklərə qalxdığından o, həmin cərəyanı seçir və təxminən 10 c. en dairəsinə kimi yol qət edir. Həm də vaxt itirməmək baxımdan oradan Avropaya qayıtmaq daha münasib idi.
Artıq 6 ildən sonra Kabralın ekspedisiyası Yaşıl Burun adalarından üzü cənuba doğru hərəkət edəndə, onlar Cənubi-Passat cərəyanının köməyi ilə qərbə doğru üz tutmuş, lakin materikə yaxınlaşanda bu dəfə, cənub istiqamətində hərəkət edən Braziliya cərəyanını ilə sahil zolağına yaxınlaşmışdılar.
Pireyranın səyahətinin nəticəsindən razı qalan kral II Juan növbəti danışıqlar üçün öz diplomatlarını təlimatlandırır. İspan nümayəndələrinin, o cümlədən, pontifikin verəcəyi suallarının cavabları əvvəlcədən onlarda hazır idi. Onlar guya Braziliyanın varlığından bixəbər kimi ədalətli bölgü olsun deyə, demarkasion xəttin 500 qərb uzunluğuna qədər çəkilməsini tələb edirlər. Maraqlıdır ki, nəyə görə ispan nümayəndələri o qədər də kəskin müqavimət göstərmədən rəqiblərinin tələblərilə razılaşırlar?
Bu məsələdə Kolumbun birinci səyahətindəki kəşfin nəticələri portuqal nümayəndələrinə xeyir verir. Onun kəşf etdiyi adalar 650-700 qərb uz-da, mənim fikrimcə Pireyranın sahilə yan aldığı ərazi 420-430 uz-da yerləşirdi. Əldə olunan kəşflərin arasında 250-300-lik bufer zonası əmələ gəlirdi və portuqallar bunu əsas tutaraq əmin idilər ki, ispanlar demarkasion xəttin 45-470 qərb uzunluğuna qədər çəkilməsinə heç bir etiraz bildirməyəcəklər. 
Portuqal kralı II Juan (1455-1495)

Xüsusilə qeyd etmək istəyirəm ki, burada da bəxt portuqalların üzünə gülür. İş ondadır ki, transatlantik keçidi zaman Baham adaları, Haiti və Kuba adaları Kolumbun qarşısına çıxan ilkin torpaq ərazisi sayılırdı və onlardan şərq tərəfdə heç bir quru ərazisi yerləşmirdi. Deməli, məlum olan adalardan şərq tərəfdə nə ərazi vardısa, portuqallar həmin ərazilərə sahib çıxa bilərdilər. Onsuz da admiralın hesabatında 65-ci və 70-ci meridianlardan şərq tərəfdə yalnız okean suları göstərilirdi. İspanların belə bir kobud səhvindən istifadə edən portuqallar tələsik olaraq, Cənubi Amerika sahillərinə məxfi ekspedisiya göndərir və qəribə olsa da, nəzərdə tutulan meridiandan qat-qat şərq tərəfdə iri br torpaq ərazisi aşkarlayır və bunu dünya ictimaiyyətindən gizlin saxlamağa məcbur olurlar. Ona qədər isə II Juan ispanları danışıq masası arxasına dəvət edib, bunu yuridik şəkildə, yəni gizlincə kəşf etdiyi torpaqları sənədlər şəkilində əldə etməli idi. 
Hansısa bir müddətdə danışıqlar heç bir əhəmiyyət kəsb etməsə də, sonradan yenidən bərpa olur və 7-i iyun 1494-cü ildə Tordesilyas müqaviləsi bağlanır. Məlum olduğu kimi həm şimal və cənubu, həm də şərq və qərbi bildirən demarkasion xətt Azör adalarından 370 liq qərbə, 460 30/ çəkilir və Braziliya avtomatik olaraq Portuqal taxt-tacının mülkiyyətinə çevrilir. İndiki Braziliyanın ucqar qərb hissəsindən başqa Amerika qitəsi bütünlüklə ispan krallarının tabeliyinə keçir. Bununla da Yeni Dünyanın siyasi coğrafiyası yaranır və bu Roma papasının möhürü ilə möhkəmlənir.
Beləliklə, portuqallar Roma papası VI Aleksandr Borcianın vasitəsilə ispanlara qarşı xüsusi fənd işlədərək, gələcəkdə 8,5 mln.2 km. ərazini əhatə edən Braziliya ölkəsinin əldə edilməsinə nail olurlar. Belə bir ədalətsiz bölgü ispanların haqlı zəhmətlərinin üstündən xətt çəkirdi. Ona görə ki, rəsmi olaraq ilk dəfə Braziliya sahillərinə ispan dəniz səyyahları – Visente Pinson və Diyeqo Lepe qədəm qoymuşdular. Lakin bizim dövrdə Latın Amerikasının ən böyük ölkəsinə sahib olmaqda portuqallar Pedro Kabraldan çox, taxt-taca bütün varlığı ilə sadiq olmuş Duarti Pireyraya minnətdar olmalıdırlar. Ona görə ki, bir çoxlarına Atlantik okeanının qərbində torpaq tapmaq tapşırığı verilsə də, onlar həmin işi yerinə yetirə bilməmişdilər. Pireyra isə həmin missiyanın öhdəsindən artıqlaması ilə gəldi. Çünki kral II Juana hava-su kimi lazım olan torpaq aşkarlanmış və təcrübəli kapitan, ispanlarla növbəti danışıqlara başlanmamışdan əvvəl özünü Avropaya çatdıra bilmişdi. Bu azmış kimi o, Tordesilyas danışıqlarında bilavasitə iştirak etmiş və Roma papasının vasitəsilə ispanların aldadılmasında mühüm rol oynamışdır. Bundan əlavə Pireyra Portuqal kralına öz sədaqətini nümayiş etdirərək, ölənə qədər həmin sirri daxilində saxlamağa məcbur olmuşdu. 
 

Tordesilyas müqaviləsinə əsasən iki krallıq arasında olan demarkasion xətt
 
Tordesilyas müqaviləsindən sonra ispan monarxları mütəmadi olaraq Cənubi Amerikanın, xüsusən də Braziliyanın sahillərinə ekspedisiyalar göndərməyə başladılar. Visente Pinson 80, Diyeqo Lepe 100, 50 30/, Bartolome Roldan 50 30/, Alonso de Mendosa isə təxminən 70 c.en dairəsində sahilə çıxıb, orada tədqiqat işləri aparmışdılar. Visente Pinson, Diyeqo Lepe, Pedro Alonso Ninyo, Alonso Oxeda sahilə yan alan kimi şimal-qərb, Bartolome Roldan, Alonso de Mendosa isə cənub-qərb istiqamətində Braziliya sahillərini tədqiq etmişdilər. Hətta onlardan biri Pedro Alonso Ninyo demarkasion xətdən qərb tərəfə çıxıb həmin ərazilərin tədqiqi ilə məşğul olmuşdu.
                             
                                                                                                            Hörmətlə yazıçı-tədqiqatçı Ramiz Dəniz
 
email: [email protected],
          [email protected]
23522
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic