"UCA ZİRVƏ"
04 fevral 2018
Akademik Ramiz Məmmədovun keçmiş tələbəsi Namiq Ağaməmmədov (Niyaldağlı) doğum günü münasibətilə sevimli müəlliminə şer həsr etmişdir. Onu diqqətinizə təqdim edirik.
Uca Zirvə
(Hörmətli akademik Ramiz Məmmədova ithaf olunur)
Sehrli ibarə ilə başlayar nitqə,
Söykənib daima dərin məntiqə,
Sərf edib ömrünü elmi-tədqiqə,
Öyüb Xəzəri, çevirdi əntiqə.
Mehmanı oldunsa, eyləyər diqqət,
Hər zaman ucadır ona həqiqət
Şəfqəti bəxş edir insana riqqət,
Yaxşı dost yoluna edər sədaqət.
Vardır görkəmində şuxluq, əzəmət,
Qazanıb işiylə o, dərin hörmət,
Cətinə düşənə eyləyər hümmət,
Zirvəyə cıxmağa çox çəkib zəhmət.
Bənzəyir işləri dahi memara,
Hələ çox edəcək elmi ixtira,
Çalışır təkmil ekosistem qura,
Boyansın landşaftlar işığa, nura.
Köklənib Haqq yola əzəldən ürək,
Bu yola dözüm də, hünər də gərək,
Qəlblər ayrılmasın, olsun müştərək,
Ad gününüz olsun, xoş və mübarək!
Ağdaş rayonu, Ağdaş şəhəri

10599