"UCA ZIRVƏ"

04 february 2018

Akademik Ramiz Məmmədovun keçmiş tələbəsi  Namiq Ağaməmmədov (Niyaldağlı) doğum günü münasibətilə sevimli müəlliminə şer həsr etmişdir. Onu diqqətinizə təqdim edirik.

"Salam, tanınmış alim, gözəl və humanist insan Ramiz müəllim, Sizi ad gününüz münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı arzu edirəm. İnstitutda təhsil aldığım dövrdə daim Sizin diqqət və qayğınızı hiss etdik, bunu unutmaq mümkün deyil. Və Sizə həsr etdiyim bir şeiri ərmağan etmək istəyirəm."

Uca Zirvə

  (Hörmətli akademik  Ramiz Məmmədova  ithaf  olunur)


Sehrli ibarə ilə başlayar nitqə,
Söykənib daima dərin məntiqə,
Sərf edib ömrünü elmi-tədqiqə,
Öyüb Xəzəri, çevirdi əntiqə.


Mehmanı oldunsa, eyləyər diqqət,
Hər zaman ucadır ona həqiqət
Şəfqəti bəxş edir insana riqqət,
 Yaxşı dost yoluna edər sədaqət.
 

Vardır görkəmində şuxluq, əzəmət,
Qazanıb işiylə o, dərin hörmət,
Cətinə düşənə eyləyər hümmət,
Zirvəyə cıxmağa çox çəkib zəhmət.

                                                           
Bənzəyir işləri dahi  memara,
 Hələ çox edəcək elmi ixtira,
    Çalışır təkmil ekosistem qura,
     Boyansın landşaftlar işığa, nura.


Köklənib Haqq yola əzəldən ürək,
Bu yola dözüm də, hünər də gərək,
Qəlblər ayrılmasın, olsun müştərək,
Ad gününüz  olsun, xoş və  mübarək!
 

                                                     Ağdaş rayonu, Ağdaş şəhəri

6027
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic