İQLİM DƏYİŞMƏLƏRİNƏ HƏSR OLUNMUŞ YENİ KİTAB NƏŞR OLUNUB
AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə “Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” adlı yeni kitab çap edilib.
Kitabın müəllifi coğrafiya elmləri doktoru, professor Rza Mahmudov, rəyçilər – coğrafiya elmləri doktoru, professor Fərda İmanov və texniki elmlər doktoru, professor Nazim Hüseynovdur.
Əsərdə müasir dünyanın ən təbii qlobal problemi olan iqlim dəyişmələri, baş verən təhlükəli hidrometeoroloji hadisələr təhlil edilmişdir. İqlim dəyişmələri faktlar - səbəblər - ehtimal olunan variantlar ssenarisi əsasında araşdırılmış, real faktlara əsaslanaraq Azərbaycanda regional iqlim dəyişmələri qiymətləndirilmiş, təhlükəli hidrometeoroloji hadisələrin sistematik analizi verilişdir. 9155
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|