"AZƏRBAYCANIN DAĞ GEOSİSTEMLƏRİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR" KİTABI ÇAP OLUNUB

Azərbaycan  Coğrafiya Cəmiyyəti və AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun Elmi Əsərlərinin XIX cildi çapdan çıxıb.

İnstitutun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə nəşr olunan "Azərbaycanın dağ geosistemləri: problemlər və perspektivlər" kitabı Azərbaycanda coğrafiya elminin inkişafında böyük xidmətləri olan AMEA-nın müxbir üzvü, coğrafiya üzrə elmlər doktoru, professor Elbrus Əlizadənin əziz xatirəsinə həsr olunmuş əsərlər toplusundan ibarətdir. Kitabda dağlıq ərazilərdə geoloji - geomorfoloji tədqiqatların müasir istiqamətləri, landşaft planlaşdırılması, qlobal iqlim dəyişmələrinin təzahürləri, su resurslarından istifadə, ekoloji-coğrafi və sosial iqtisadi problemlərin tədqiqinə dair dəyərli elmi məqalələr toplanmışdır.

Əsər elmi işçilər, müəllimlər, doktorantlar, magistr və bakalavrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

9076
BİZİ İZLƏ
TƏQVİM
PrevNext
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic