"AZƏRBAYCANIN DAĞ GEOSISTEMLƏRI: PROBLEMLƏR VƏ PERSPEKTIVLƏR" KITABI ÇAP OLUNUB
Azərbaycan Coğrafiya Cəmiyyəti və AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun Elmi Əsərlərinin XIX cildi çapdan çıxıb.
İnstitutun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə nəşr olunan "Azərbaycanın dağ geosistemləri: problemlər və perspektivlər" kitabı Azərbaycanda coğrafiya elminin inkişafında böyük xidmətləri olan AMEA-nın müxbir üzvü, coğrafiya üzrə elmlər doktoru, professor Elbrus Əlizadənin əziz xatirəsinə həsr olunmuş əsərlər toplusundan ibarətdir. Kitabda dağlıq ərazilərdə geoloji - geomorfoloji tədqiqatların müasir istiqamətləri, landşaft planlaşdırılması, qlobal iqlim dəyişmələrinin təzahürləri, su resurslarından istifadə, ekoloji-coğrafi və sosial iqtisadi problemlərin tədqiqinə dair dəyərli elmi məqalələr toplanmışdır.
Əsər elmi işçilər, müəllimlər, doktorantlar, magistr və bakalavrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 8707
|
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
|