ALİMLƏR XƏZƏRYANI ƏRAZİDƏ EKSPEDİSİYADA OLUBLAR

Coğrafiyaçı alimlər Müseyib Yunusov, Zaur İmrani, Elina Kərimova,  İrina Kuçinskaya  və Seymur Məmmədov “Geomorfologiya və dinamikanın tədqiqi, eləcə də dəniz səviyyəsinin dəyişkənliyi şəraitində Azərbaycanın Xəzəryanı ərazisində  sosial-iqtisadi və ekoloji vəziyyət” layihəsi çərçivəsində  respublikanın cənub regionunda olub, Lənkəran, Astara, Masallı və Neftçala rayonlarının sahilyanı ərazisi boyunca tədqiqatlar  aparıblar.

Ekspedisiya zamanı alimlər sahil xəttinin müasir vəziyyəti, regionda yaranmış  ekoloji durum, sosial-iqtisadi vəziyyət  və infrastrukturla tanış olub, son günlərin sel yağıntıları nəticələrinin moritorinqini aparıblar.  Kür məcrası və Qızılağac qoruğu daxilində sahil xəttinin  dinamikası ayrıca olaraq öyrənilib.

  

  

4094
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic