ALIMLƏR XƏZƏRYANI ƏRAZIDƏ EKSPEDISIYADA OLUBLAR
Coğrafiyaçı alimlər Müseyib Yunusov, Zaur İmrani, Elina Kərimova, İrina Kuçinskaya və Seymur Məmmədov “Geomorfologiya və dinamikanın tədqiqi, eləcə də dəniz səviyyəsinin dəyişkənliyi şəraitində Azərbaycanın Xəzəryanı ərazisində sosial-iqtisadi və ekoloji vəziyyət” layihəsi çərçivəsində respublikanın cənub regionunda olub, Lənkəran, Astara, Masallı və Neftçala rayonlarının sahilyanı ərazisi boyunca tədqiqatlar aparıblar.
Ekspedisiya zamanı alimlər sahil xəttinin müasir vəziyyəti, regionda yaranmış ekoloji durum, sosial-iqtisadi vəziyyət və infrastrukturla tanış olub, son günlərin sel yağıntıları nəticələrinin moritorinqini aparıblar. Kür məcrası və Qızılağac qoruğu daxilində sahil xəttinin dinamikası ayrıca olaraq öyrənilib.

  8794
|
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
|