MƏKAN MƏLUMATLARININ TƏHLİLİ MÖVZUSUNDA DƏRSLİK ÇAP EDİLİB
09 Aprel 2021
Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədovun elmi redaktorluğu ilə “Mastering Spatial Data Analysis Inside the GIS Setting" (CİS parametrlərində məkan məlumatları təhlilinin mənimsənilməsi) adlı dərs vəsaiti çap edilib. Kitabın müəllifləri ACC-nin ADPU filialının rəhbəri, ADPU Tarix və Coğrafiya fakültəsinin dekan müavini, Ümumi coğrafiya kafedrasının dosenti Mətanət Əsgərova, avstraliyalı professor Əliəkbər Rəsuli və akademik Qərib Məmmədovdur.
Dərslik Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Cografiya müəllimliyi” və “Tarix və coğrafiya müəllimliyi” ixtisaslarının yeni tədris planına salınmış “Məkan məlumatlarının təhlili” fənninin tədrisi üçün tövsiyə olunmuşdur və bu fənn üzrə Azərbaycanda ilk dərs vəsaitidir.
Daha ətraflı burada: https://mail.google.com/mail/u/0?ui=2&ik=36cf49d6e1&attid=0.1&permmsgid=msg-f:1696628793815148492&th=178ba2e61b0d27cc&view=att&disp=inline&realattid=178ba28e084235095e61 8113
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|