“SUPERBOLİDİN VURULMASI” ƏSƏRİNİN ÖN SÖZÜ
Ədəbiyyat üzrə prezident təqaüdünə layiq görülmüş, “Qızıl qələm” mükafatı laureatı, Birinci Qarabağ mühari-bəsi veteranı, yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz 38 ildir coğrafi kəşflər tarixini tədqiq edir və eyni zamanda həm bədii ədəbiyyatın bir neçə janrında, həm də elmi əsərlər yazır. Əsərləri Paris, London, Nyu-York, Praqa, Madrid, Moskva, Pekin, Tokio, Madrid və bir çox şəhər-lərdəki kitabxanaların fonduna düşübdür. Tərcümələrlə birlikdə 359 kitabı Avropanın «Sciencia Scripts», «AV Akademikerverlag», «Verlag Unser Wissen», «Qlobe Edit», «JustFiction Edition», «Palmarium Academic Publishing», «Wydawnictwo Nasza Wiedza», «Lap Lambert academica publishing», «Wydawnictwo Bezkresy Wiedzy», «Edições Nosso Conhecimento», «Editions Notre Savoir», «Scholars' Press», «Editions universitaires europeennes», «Edizioni Accademiche Italiane», «Novas Edições Acadêmicas», «Edizioni Sapienza», «Ediciones Nuestro Conocimiento» və Uruqvayda (15 kitab) «Editorial Akademica Espanola» nəşriyyatlarında ingilis, alman, ispan, italyan, fransız, portuqal, rus, polyak və holland dillərində çap olunub. Onların əksəriyyəti 14 iri reklam şirkəti tərəfindən 50-dən çox xarici ölkələrdə yayımlanır. Müəllifin bir çox əsərləri mütəxəssislərin diqqətini özünə cəlb edibdir.
Bildirim ki, 2020-ci ildə Beynəlmiləl Dünya Yazıçılar İttifaqının təsis etdiyi Beynəlxalq Dünya Mükafatına 3 nominasiya üzrə və 2021-ci ildə Beynəlxalq Dünya Mükafatının Qran-Pri laureatı qalibi olubdur. 15 iyun 2021-ci ildə Rusiya Federasiyasının subyekti Çeçeçnistan Respublikasında keçirilən X Beynəlxalq Jurnalist “Qızıl qələm” mükafatı konkursunda Fəxri qonaq kimi iştirak edibdir.
Beynəlxalq Azərbaycan jurnalı “İrs” (3) və AMEA-nın Coğrafiya insitutunun “Coğrafiya və təbii resurslar” adlı elmi jurnalında (4 elmi məqalə), o cümlədən Rusiya Coğrafiya Cəmiyyəti və Lev Qumilyov adına Mərkəzin saytlarında elmi məqalələri yerləşdirilibdir. Digər saytları nəzərə almasaq, müxtəlif dillərdəki 148 məqaləm “Coğ-rafiya” Cəmiyyətinin və 70-dən çoxu “Aqra” EİDİB-in saytlarında dərc edilibdir.
Bir neçə maraqlı, səhifələrində oxucunu elmin müxtə-lif məsələləri və bu məsələlərin təhlilinə həsr olunmuş fərdi düşüncələri ilə təəccübləndirən kitablarını oxumu-şam.
R. Dənizin bir gözəl xüsusiyyəti də ondan ibarətdir ki, kitab halına gətirəcəyi mövzunu dərinliyinə qədər öyrə-nir. Tutaq ki, o yerdə söhbət Amerika və Braziliyanın həqiqi kəşfi kimi tarixi-coğrafi bir mövzudan gedirsə yazıçı dənizləri, okeanları, məhz o dövrə aid yer-yurd adlarını, coğrafi məkanları, dünyanın fiziki-coğrafi xəri-təsini coğrafiya mütəxəssisi qədər mənimsəməsə yazma-ğa başlamaz. Açığı onun elə əsərləri var ki, oxuyanda elə sanırsan ki, bu kitabda məşhur fantastik yazıçıların, məsələn, dünya ədəbiyyatının görkəmli nümayəndələri Jül Vern, Aleksandr Düma, Rafael Sabatini, Robert Lüis Stivenson, Yakov Svet, Daniel Defonun... ruhları var.
Ramiz Dəniz ərsəyə gətirdiyi “Superbolidin vurul-ması” elmi-fantastik əsəri onun yaradıcılığında yenilik-dir. Kitabın uğuru orada cərəyan edən gərgin hadisələrin iri miqyasda baş verməsi, ABŞ, Rusiya, Çin və Hindis-tanın məxfi orqanları və hərbi qüvvələrlə olan qarşıdur-maların bolluğu, bizə məlum olmayan cihaz və aparat-ların funksiyaların mövcudluğu, döyüş toqquşmalarının üslubunun rəngarəngliyindən ibarətdir.
2013-cü ildə Çelyabinskiyə düşən meteoritdən bəhs edir. Kosmik cism Çinin meqapolislərinin birində böyük fəlakət törətməli idi. Məlumatı Arizona ştatındakı Kitt-Pikk rəsədxanasının astronomu Maykl Perşinqə ora gələn inquloidlər xəbər verirlər. Fəlakətin qarşısını almaq üçün inquloidlərlərin fəaliyyəti amerikalı alimi heyrətə gətirir. Ona görə o, yadplanetlilərlə birlikdə meteoriti lokallaş-dırmaq üçün əməkdaşlığa başlayır. FTB linquloidləri təqib etdiyi üçün bu asan baş vermir. Buna baxmayaraq Maykl kosmosdan gələnlərlə birlikdə NUO vasitəsilə ABŞ-dan uzaqlaşıb Rusiya ərazisinə yollanır və oranın səmasında meteoriti xüsusi silahla vuraraq trayektoriya-sını dəyişir. Artıq ABŞ-da, Rusiyada və Çində başa düşürlər ki, meteorit yad qüvvələr tərəfindən vurulubdur. Ona görə ki, atmosferə daxil olan kosmik cism bir dəfə partlamalı, lakin müəyyənləşdirilir ki, meteoritdə 4 dəfə partlayış baş veribdir.
Arizona ştatındakı Kitt-Pikk rəsədxanaları komplek-sində başlanan hadisələr Tri-Poynts, Finiks, Tukson, Las Veqas şəhərlərində (Nevada ştatı), Hind okeanı akvato-riyasında ABŞ-ın “Harri Trumen” və “Karl Vinson” aviadaşıyıcıları, Rusiyanın Altay dağları və Çelyabinsk səmasında, Çinin Tibet dağları, Nepalın və Hindistanın Himalay dağlarında gedən silahlı qarşıdurmalar əsəri daha cəzbedici edir. Xüsusən də Çinin Şiqadze əyalətin-də Çin ordusu ilə yadplanetlilərin silahlı toqquşması stress vəziyyati yaradır.
Milyonlarla adam əsl fəlakətdən xilas olsa belə, NUO Rusiyada və Çində hücuma məruz qalır. Çinin Cənub-Qərb Hərbi Dairəsinə tabe olan ümumilikdə, 450-yə yaxın əsgərin cəmləşdiyi - dörd axtarış qrupu fəaliyyətdə idilər. Axtarış qrupuna 22 təyyarə və helikopter, 12 dron cəlb olunmuşdu. İki günlük döyüşdən sonra 100-ə yaxın Çin əsgəri, 5 təyyarə və 4 helikopter məhv ediləndən sonra NUO pilot Alfa ilə birlikdə zərərsizləşdirildi. Hin-distan və Nepalın şimalında yaşayan sakinlər tərəfindən eşidilən partlayış NASA peykləri tərəfindən qeydə alınsa da, Pekində bunun əsl səbəbinin gizlədilməsi üçün əllərindən gələn bütün vasitələrə əl atırlar. Bütün bu silahlı toqquşmanı müəllif məharətlə təsvir edir. Sanki iki dünyanın sakinləri arasında gedən savaş təəssüratını yaradır.
Maykl inquloidlərlə birlikdə Nepalda və Hindistanda da izlənirlər. Nəticədə ağır keçidlərdən sonra Banqladeş yaxınlığında digər NUO onların köməyinə gəlir və hamı-nı İndoneziyadakı Niah Milli Parkındakı məxfi bazaya aparırlar. Maykl orada bir alim kimi uzun müddətli təcrü-bələrə başlayır ki, sivil cəmiyyətə qayıdanda insanlığa xeyir verə bilsin.
Əsər iti süjetli, təsir edici, maraqlı detallarla əhatə olunduğundan oxucunu həm gərginlikdə altında saxlayır, həm də ruhlandırır. Sonluq yaxşılıqla bitdiyindən hamıda rahatlıq yaranır.
İnanıram ki, bu əsər geniş oxucu auditoriyası əldə edəcək və bunu müəllifin növbəti uğuru kimi qiyməylən-dirmək olacaq. Kino sahəsində çalışan mütəxəssislər əsərin motivi üzərində film çəksələr, bu məni heç də təəccübləndirməyəcək. Çünki hadisələr oxucunun gözləri önündə kinofilm kimi canlanaraq riqqətə gətirir.
Səadət Kərimi, yazıçı,
İsveçin Umea Universitetində
elmi işçi və lektor/dosent.
9362