KÜR ÇAYININ DELTASININ 3 ÖLÇÜLÜ MODELİ HAZIRLANIR.
10 Noyabr 2021
AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Müasir Kür çayı deltasının formalaşması və dəyişməsinə təsir edən amillərin qiymətləndirilməsi” elmi-tədqiqat işinin növbəti mərhələsi yerinə yetirilib. 2020-ci ildən başlayaraq AMEA-nın müxbir üzvü Elmira Əliyevanın rəhbəri olduğu elmi-tədqiqat işinin reallaşmasında Geologiya və Geofizika İnstitutu ilə yanaşı, Coğrafiya İnstitutunun əməkdaşları da iştirak edirlər.
Tədqiqat işində məqsəd Kür çayı deltasının zamanla formalaşması və təkamülünə təsir edən amillərin müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi və deltanın 3 ölçülü modelini hazırlamaqdır.
Dənizlə qurunun təmas zonasında yerləşərək geoloji dövr ərzində formalaşan deltanın sahəsi təxminən 100 kvadrat kilometrə yaxın olub, çay gəmiçiliyi, balıqçılıq və digər sahələrdə mühüm əhəmiyyətə malikdir. Tədqiqatçı alimlərin qiymətləndirməsinə görə, delta zonası və onun yaxınlığında baş verən geodinamik proseslər, Xəzər dənizi səviyyəsinin tərəddüdləri, Kür çayı gətirmələrinin deltanın dəniz hissəsində miqrasiya və akkumulyasiya proseslərinin zamanla dəyişmələri, çox güman ki, delta zonasının təkamülünə səbəb olan amillərdir. Sözsüz ki, antropogen amillər və inkişaf etməkdə olan planetar istiləşmə də qeyd olunan prosesi daha da gərginləşdirir. Nəticədə delta zonasında yerləşən yaşayış və təsərrüfat sahələri yaranan neqativ şəraitə daha tez məruz qalır.
Science.gov.az
8728
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|