LAYİHƏ İŞTİRAKÇILARI MƏKTƏBLİLƏRLƏ GÖRÜŞDƏ COP-UN ƏHƏMİYYƏTİNDƏN DANIŞIBLAR

08 Oktyabr 2024

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar   Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) üzvləri AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçiləri ilə birlikdə  Naftalan şəhəri İ.Nəsimi adına 1 saylı orta məktəbinin şagirdləri ilə görüşüblər.

COP29-a həsr edilmiş tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş Azərbaycan Coğrafiya Cəmiyyətinin “Qarabağın ekoloji vəziyyəti” adlı layihəsi çərçivəsində həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fuad Zamanov qonaqları – layihə rəhbəri c.ü.f.d., dosent Mirnuh İsmaylovu, layihənin təlimçiləri, c.ü.f.d. Gülnar Hacıyevanı və Emil Cəbrayılovu, layihənin eksperti c.ü.f.d., dosent Səidə Zeynalovanı tədbir iştirakçılarına təqdim edərək, onların respublikamızda bu il baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası, yəni COP29-un əhəmiyyəti və iqlim dəyişmələrinin yaratdığı ekoloji problemlər haqqında maarifləndirici məlumat verəcəklərini açıqlayıb.

Layihə rəhbəri M.İsmayılov iqlim dəyişmələrinin yaratdığı problemləri geniş şərh edib, COP29-un əhəmiyyəti və Qarabağın ekoloji problemləri haqqında danışıb. G. Hacıyeva Qarabağın ekoloji vəziyyəti haqqında şagirdləri məlumatlandıraraq işğal dövründə Qarabağda mövcud olan xüsusi mühafizə olunan təbiət ərazilərində həyata keçirilən ekosid haqqında ətraflı məlumat verib. E. Cəbrayılov “İqlim dəyişmələrinin ekocoğrafi təsirləri” mövzusu ilə iqlim dəyişmələri, istixana effekti və onun ekoloji nəticələri haqqında çıxış edib. S. Zeynalova isə ətraf  mühitin mühafizəsi üçün lazım olan tədbirlər barədə məlumat verərək, şagirdlərlə mövzunu müzakirə edib. Tədbirdə şagirdlərin coxsaylı sualları cavablandırılıb.

Sonda məktəbin direktoru Fuad Zamanov tədbirin təşkilinə görə ACC və Cİ nümayəndələrinə öz təşəkkürünü bildirib.
 















62
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic