ACC SƏDRİ TƏBİƏTİ MÜHAFİZƏ BARƏSİNDƏ AZƏRBAYCAN QƏZETİNƏ MÜSAHİBƏ VERİB
10 İyun 2025

Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılovun Azərbaycan qəzetində müsahibəsi dərc edilib. “ Su qıtlığı, səhralaşma, çirkli hava...” başlığı altında gedən yazıda Azərbaycanın əsas ətraf mühit problemləri, 30 illik işğal dövründə ölkənin ətraf mühitinə dəyən ekoloji ziyanlar, kənd təsərrüfatının ekstremal hadisələrə dayanıqlılığı, Azərbaycan təbiətinin bugünkü reallıqları müzakirə edilib. Mövzuya münasibət bildirən şöbə müdirinin sözlərinə görə dövlət tərəfindən təbiəti mühafizə məsələlərinə hər il milyonlarla manat vəsait ayrılır. Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər bir vətəndaş ekoloji təhsildə, tərbiyədə və mədəniyyətdə məsuliyyət daşımalıdır. “Artıq təbii mühitin insanların şəfalı əllərinə ehtiyacı var"- deyə landşaftşünas alim insanları təbiətə qarşı daha diqqətli olmağa çağırır.  67
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|