ACC SƏDRI TƏBIƏTI MÜHAFIZƏ BARƏSINDƏ AZƏRBAYCAN QƏZETINƏ MÜSAHIBƏ VERIB

10 June 2025
Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılovun Azərbaycan qəzetində müsahibəsi dərc edilib. “Su qıtlığı, səhralaşma, çirkli hava...” başlığı altında gedən yazıda Azərbaycanın əsas ətraf mühit problemləri, 30 illik işğal dövründə ölkənin ətraf mühitinə dəyən ekoloji ziyanlar, kənd təsərrüfatının ekstremal hadisələrə dayanıqlılığı, Azərbaycan təbiətinin bugünkü reallıqları müzakirə edilib. Mövzuya münasibət bildirən şöbə müdirinin sözlərinə görə  dövlət tərəfindən təbiəti mühafizə məsələlərinə hər il milyonlarla manat vəsait ayrılır. Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər bir vətəndaş ekoloji təhsildə, tərbiyədə və mədəniyyətdə məsuliyyət daşımalıdır. “Artıq təbii mühitin insanların şəfalı əllərinə ehtiyacı var"- deyə landşaftşünas alim insanları təbiətə qarşı daha diqqətli olmağa çağırır.
89
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic