ALIMIMIZ ÇXR-DƏ KEÇIRILƏN BEYNƏLXALQ KONFRANSDA ÖLKƏMIZI TƏMSIL EDIB

14 December 2018
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov  dekabrın 6-dan 10-dək Çin Xalq Respublikasının Quancjau şəhərindəki Sun Yat-sen Universitetində Çin Coğrafiya Cəmiyyətinin və Sun Yat-sen  Universiteti Coğrafiya və Planlaşdırma Məktəbinin təşkilatçılığı ilə 22 Asiya ölkəsinin iştirak etdiyi «Asiyanın inkişafı və bizim Coğrafiyamız» mövzusunda keçirilən 4-cü Asiya Coğrafiya Konfransında (AGC-2018) ölkəmizi təmsil edib.

«Azərbaycan, AMEA Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyəti» adlı məruzə ilə çıxış edən təmsilçimiz Azərbaycanın coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində respublikamızın yeri, ölkənin təbii ehtiyatları, iqlim şəraiti və iqlim dəyişmələri, landşaftı, son illər ərzində İnstitut əməkdaşları tərəfindən tərtib edilərək çap olunmuş xəritə, atlas və kitablar haqqında geniş məlumatı diqqətə çatdırıb. O həmçinin, mənfur qonşular  tərəfindən işğal olunmuş ərazilərimiz, orada törədilən vəhşiliklər - yanğınlar, meşələrin qırılması, ekoloji şəraitə vurulan ziyanlar və s. kimi məsələlərə  də toxunub.

Tədbirin sonunda tədbir iştirakçıları Asiya Coğrafiya Cəmiyyətləri Assosiasiyasının yaradılması haqqında memorandum imzalayıblar və bu  barədə kütləvi informasiya vasitələrinə, eləcə də Beynəlxalq Coğrafiya İttifaqına məlumat verilib.

Çox böyük müvəffəqiyyətlə keçən konfransın işində Yaponiyanın Xokkaydo Universitetinin professoru, Beynəlxalq Coğrafiya İttifaqının Prezidenti Yukio Himiyama da iştirak edib.

Konfransın materialları 1

Konfransın materialları 2

920
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic