ACC PREZIDENTI RAMIZ MƏMMƏDOV ELM GÜNÜNDƏ DƏYIRMI MASADA IŞTIRAK EDIB

Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədov martın 27-də Lənkəran Dövlət Universitetində Elm Gününə həsr edilmiş Dəyirmi masada iştirak edib. Tədbirdə AMEA-nın digər elm xadimləri, LDU-nun professor-müəllim heyəti, tələbələr, magistrantlar, doktorant və dissertantlar, gənc tədqiqatçılar iştirak ediblər.  

Akademik Ramiz Məmmədov iştirakçıları Respublikada ilk dəfə keçirilən Elm Günü münasibətilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb. O, Coğrafiya İnstitutunun son zamanlar əldə etdiyi nailiyyətlərdən, prioritet istiqamətlərindən, inkişaf perspektivlərindən, beynəlxalq əlaqələrindən, nəşr fəaliyyətindən  və sairdən söhbət açıb. “Türk dünyasının coğrafiyası”  üçcildliyinin yenicə çapdan çıxmış birinci cildini İnstitutun digər nəşrləri ilə birgə  Universitetə təqdim  edən alim üçcildliyin Azərbaycanın coğrafiya elminə, eləcə də türk dünyasına layiqli töhfə olacağına əminliyini bildirib.

Tədbirin sonunda LDU-nun rektoru, professor Natiq İbrahimov Dəyirmi masada iştirak edən məruzəçilərə minnətdarlıq bildirib və təşəkkürnamələr təqdim edib.

4411
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic