JURNALIN TƏQDIMAT MƏRASIMI

2015-ci il, aprelin 8-də Azərbaycan Coğ­rafiya Cə­miy­yəti və AMEA akademik H.Ə.Əli­yev adına Coğ­rafiya İns­­ti­tutunun birgə təşəbbüsü və təşkilatçılığı ilə  “Coğ­ra­fi­ya və təbii resurslar” elmi-metodiki  jurnalının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti və AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkənin coğrafiyası və təbii re­surs­la­rına, ekologiyasına aid çoxlu sayda ki­tab və monoqrafiyalar, min­lərlə məqalələrin yazılma­sı­na baxmayaraq, Azər­bay­canda coğrafiyaçı alim və mütə­xəs­­sis­lərin özlərinin indiyə qədər dövri mətbuat orqanının  ol­madığını diqqətə çatdırdı. Bildirdi ki, hazırda iqti­sadiyyatın və sosial həya­tın elə bir sahəsi yoxdur ki, coğ­rafi məlu­mat­lara eh­ti­yac duyulmasın və coğrafiya elmi­nin nai­liy­yət­lə­rin­dən istifadə edilməsin. Ona görə də Azərbaycanın coğrafiya və ona yaxın elm sahələrində çalışan alim və mütə­xəs­sis­lə­rin ən yeni elmi na­iliyyətlərini özündə əks etdirən bu jurnalın işıq üzü gör­məsini ciddi addım hesab edir.

Akademik R.Məmmədov coğrafiyaçıları birləşdirən qurum olacaq jurnalın re­dak­si­ya heyətinə respublikamızın alimləri, tədqiqatçı və pedaqoqları ilə yanaşı, gələ­cəkdə görkəmli xarici öl­kə alimlərinin də cəlb ediləcəyini nəzərə çapdırdı.  R.Məmmədov eyni zamanda ilk nömrədə olan bəzi nöqsanları da xüsusi olaraq nəzərə çarpdırdı,  dərginin daha yüksək səviyyədə buraxılması üçün coğrafiyaçı alim və mütəxəssislərin fəal iştirakının vacibliyini və gələcəkdə jurnalın elektron variantının da yaradılacağını qeyd etdi.

Sonra ACC-nin elmi katibi, c.e.ü.f.d. Mirnuh İsmayılov məruzə ilə çıxış edərək AMEA-nın Yer elmləri bölməsinin qərarı ilə işıq üzü görən  “Coğ­ra­fi­ya və təbii resurslar” jurnalının ilk buraxılışının redaksiya heyəti, tərtibatı, nəşr edilmiş məqalələr və onlara qoyulan tələblər və s. haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. O dedi ki, 130 səhifədən, 10 bölmə, 22 məqalədən ibarət jurnalın birinci nömrəsinə  Coğrafiya İnstitutu, BDU, Naxçıvan Dövlət Universitetindən olan  müəlliflərin məqalələri daxil edilmişdir.

Coğrafiya İnstitutunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə öz çıxışında oxucu auditoriyasını genişləndirmək,  elmiliyinə xələl gətirməmək şərtilə, jurnalın kütləviliyini artırmaq məqsədilə görkəmli coğrafiyaçı alimlər haqqında materiallara, coğrafiyanın təhsil, metodika hissələrinə, Azərbaycanın təbiətinə aid yüksək səviyyəli fotoşəkillərə və sairlərə də dərgidə yer ayrılmasını məqsədəuyğun  hesab etdi.

BDU-nun coğrafiya fakultəsinin dekanı, c.e.d., professor Fərda İmanov, AMEA Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, c.e.d., professor Rza Mahmudov, BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, BDU-nun Geodeziya və kartoqrafiya kafedrasınin müdiri, t.e.d., professor Məqsəd Qocamanov, ADPU-nun coğrafiya fakültəsinin  dekanı, c.ü.f.d. Mətanət Əsgərova, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, a.ü.f.d. Ənvər Əliyev və b. çıxış edərək jurnalın həyata gəlməsində akademik Ramiz Məmmədovun böyük rolunu və əməyini xüsusi qeyd etdilər. Bildirdilər ki, coğrafiyaçılar ailəsini özündə birləşdirən, nəşrini çoxdan gözlədikləri “Coğ­ra­fi­ya və təbii resurslar” elmi-metodiki jurnalının nəşri Azər­bay­can alim­­lərinin əldə etdiyi uğur­ların ölkə daxilində və ölkədən kə­nar alim və mütə­xəs­sislər arasında ya­yılmasına, eləcə də  elmi əla­qələrin güc­lən­məsinə kömək edəcək.

Tədbirin sonunda akademik Ramiz Məmmədov illərlə arzusunda olduğu bu jurnalın həyata vəsiqə almasına hədsiz sevincini dilə gətirdi  və bütün coğrafiyaçılar ailəsini bu əlamətdar hadisə münasibəti ilə dönə-dönə təbrik etdi, elmin inkişafı naminə hamıya uğurlar arzu etdi.

 

 
4165
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic