ƏMƏKDAŞLARIMIZ “COĞRAFI IMLA-2019”-DA IŞTIRAK EDIBLƏR

Coğrafiya Cəmiyətinin bir qrup əməkdaşı Rusiya  Coğrafiya Cəmiyyətinin hər il təşkil etdiyi “Coğrafi imla-2019”-da iştirak edib.

Bu tədbir ilk dəfə 2015-ci ildə Rusiya Coğrafiya Cəmiyyətinin Qəyyumlar Şurasının sədri, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilib. 2017-ci ildən isə coğrafi imla dünyanın 100-ə yaxın ölkəsində, o cümlədən Bakıda  keçirilməyə başlayıb. Coğrafiya Cəmiyyətinin əməkdaşlarının artıq 3-cü dəfə iştirak etdiyi İmlada yaşından, sosial mənsubiyyətindən, dinindən asılı olmayaraq hər kəs iştirak edib. İştirakçılar ayrılan 45 dəqiqə ərzində 40 sualı cavablandırmağa cəhd ediblər.

İmlanın nəticələri noyabrın 29-da http://dictant.rgo.ru saytında yerləşdiriləcək.


 

7087
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic