COĞRAFIYAÇILAR SURAXANI ORTA MƏKTƏBINDƏ OLUBLAR

Coğrafiya üzrə fəlsəfə doktorları, şöbə müdiri, Habil Haqverdiyev, Etibar Bədəlov, Rəfail Abdullayev və Sitarə  Tarixazər, kiçik elmi işçi Zeynəb Mirzəyeva və doktorant Dilbər Məmmədova  Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən 232 saylı məktəbdə olublar.

Məqsəd şagirdlərdə coğrafiya elminə marağın və elmi dünyagörüşünün artırılması, onların yaradıcılıq və elmi tədqiqat işlərinə həvəsləndirilməsi, potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsidir.

Coğrafiyaçılar  məktəbdə coğrafiya fənninin tədrisi, şagirdlərin bilik səviyyəsi və fənnə olan marağı,  coğrafiya ilə əlaqədar keçirilən tədbirlərlə maraqlanıb, “Kiçik akademiya”nın coğrafiya kafedrası şagirdlərinin iştirakı ilə coğrafiya aylığı çərçivəsində keçirilən “Azərbaycan - Odlar diyarı” mövzusundakı tədbirdə iştirak ediblər. Şagirdlər Azərbaycanın coğrafiyası haqqında hazırladıqları kompozisiyanı nümayiş etdirib, Azərbaycanın qədim şəhərlərinə, eləcə də yaşadıqları Bülbülə qəsəbəsinə həsr etdikləri  təqdimatla çıxış ediblər.

Şagirdlərə coğrafiya elminin əhəmiyyəti, inkişafı, aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr və sairdən söhbət açıblar, onlara tövsiyələr verib, təhsildə uğurlar arzulayıblar. 

 

  
4247
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic