ƏMƏKDAŞLARIMIZ "COĞRAFI IMLA - 2018" MÜSABIQƏSINDƏ IŞTIRAK EDIBLƏRƏməkdaşlar Rusiya Coğrafiya Cəmiyyətinin Beynəlxalq "Coğrafi imla - 2018" müsabiqəsində iştirak edib. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında təşkil olunan yarış 8 auditoriyada keçirilib. Müsabiqə hər biri 15 sualdan ibarət olmaqla 2 hissədən ibarət olub. Kifayət qədər çətin sualların təşkil etdiyi müsabiqədə məktəb şagirdləri və tələbələrdən tutmuş müxtəlif müəssisə və təşkilatların nümayəndələri - bir sözlə, arzu edən hər bir şəxs iştirak edib. Tədbirin sonunda iştirakçılara şəhadətnamələr verilib. Əməkdaşlarımız müsabiqədə iştirak etdiklərinə və onlara öz biliklərini yoxlamağa imkan yarandığına görə razılıqlarını bildiriblər. 11354 |
|








AZ
EN
RU


11354








