ƏMƏKDAŞLARIMIZ "COĞRAFI IMLA - 2018" MÜSABIQƏSINDƏ IŞTIRAK EDIBLƏR

Əməkdaşlar Rusiya Coğrafiya Cəmiyyətinin Beynəlxalq "Coğrafi imla - 2018"  müsabiqəsində iştirak edib.

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında təşkil olunan yarış 8 auditoriyada keçirilib. Müsabiqə hər biri 15 sualdan ibarət olmaqla 2 hissədən ibarət olub. Kifayət qədər çətin sualların təşkil etdiyi müsabiqədə məktəb şagirdləri və tələbələrdən tutmuş müxtəlif müəssisə  və təşkilatların nümayəndələri - bir sözlə, arzu edən hər bir şəxs iştirak edib.

Tədbirin sonunda  iştirakçılara şəhadətnamələr verilib.

Əməkdaşlarımız müsabiqədə iştirak etdiklərinə və onlara öz biliklərini yoxlamağa imkan yarandığına görə razılıqlarını bildiriblər.

  

  

5688
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic