TIFLISDƏ TORPAĞIN EROZIYASI MƏSƏLƏLƏRI MÜZAKIRƏ OLUNUB

Böyük elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Natəvan Cəfərova oktyabrın 17-dən 19-dək Gürcüstanın Tiflis şəhəri və eləcə də Kazbeki regionunda “Eroziyanın inteqrasiyalı idarə olunması” mövzusunda keçirilən regional konfransda iştirak edib.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” (İBiS) Proqramı çərçivəsində baş tutan tədbirdə  Azərbaycan, Gürcüstan və Ermənistanın benefisiar nazirliklərinin və seçilmiş beynəlxalq təşkilatların 80-dən çox ekspert  və  mütəxəssisi, eləcə də dövlət idarə və müəssisələrinin  nümayəndələri iştirak edib.

Konfransda iştirakçılara torpaqların vəziyyətini nümayiş etdirən məlumat bazası təqdim edilib, bu mövzuda təcrübə mübadiləsi aparılıb.  İşçi qruplar tərəfindən torpaqların dayanıqlı idarə edilməsi, eroziyaya inteqrasiyalı nəzarət qlobal kontekstdə geniş müzakirə edilib.

Tədbir iştirakçıları konfrans işinin  torpaqların dayanıqlı idarə olunması üzrə fəaliyyətlərin genişləndirilməsi və torpaqların idarə edilməsi sistemlərinin yaxşılaşdırılmasında yeni yanaşmaların tədricən tətbiqi ilə nəticələnəcəyinə əminliklərini bildiriblər.

  

4142
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic