PALEOCOĞRAFIYAÇI ALIM QƏBƏLƏ KONFRANSINDA MƏRUZƏ EDIB

Coğrafiya üzrə elmlər doktoru Yelena Tağıyeva oktyabrın  1-dən 5-dək Qəbələdə keçirilən “Azərbaycanda Azıx paleolit düşərgəsi və miqrasiya axımları” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.

Azərbaycanda erkən hominid azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanla yanaşı Rusiya, Ukrayna, İngiltərə, Gürcüstan və s. ölkələrin arxeoloqları və əlaqədar mütəxəssisləri iştirak ediblər.

Coğrafiyaçı alim konfransda “Eopleystosen və neopleystosenin iqlim və landşaft şəraitinin Azərbaycan ərazisinin ilkin məskunlaşması amili kimi” mövzusunda məruzə edib. O bildirib ki, 1960-cı ildə görkəmli alim Məmmədəli Hüseynov tərəfindən aşkarlanmış bu qədim yaşayış məskəni keçən əsrin 70-80-ci illərində Azərbaycan və Rusiya paleocoğrafiyaçı alimlərinin kompleks tədqiqatlarının mənbəyi olmuşdur. Əlverişli landşaft-iqlim şəraiti olan Azərbaycan ərazisi və bütün Qafqaz qədim insanın Qafqazdan keçərək Afrikadan Avropaya miqrasiyası üçün istifadə etdiyi marşrutlardan biri olub. Bu yaxınlarda Mingəçevir su anbarı sahillərində aşkarlanmış və qədim insanın istifadə etdiyi daş silahlar, flora və faunanın qalıqları toplanmış Qaraca paleolit  abidəsi bu fikri bir daha sübut edir.

Konfrans iştirakçılarının yekdilliklə qəbul etdiyi qərarda Azıx mağarasının paleolit  insanın məskən saldığı ən qədim abidə olduğu bildirilib. Həmçinin qeyd olunub ki, arxeoloji abidələrin birgə və çoxşaxəli tədqiqatları Azərbaycanın və Bütün Qafqazın tarixini, təbiətini və maddi mədəniyyətini daha dərindən öyrənməkdə alim və mütəxəssislər üçün  geniş imkanlar açacaq.

5554
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic