BAKIYA EZAM OLUNMUŞ AVSTRIYALI ALIMLƏRLƏ GÖRÜŞ KEÇIRILIB
Aprelin 6-da Miosen dövrünün paleocoğrafi şəraitini öyrənmək məqsədi ilə Avstriyanın Montan və Qraz Texnologiya Universitetlərindən Bakıya ezam olunmuş əməkdaşların iştirakı ilə görüş keçirilib.
Akademik Ramiz Məmmədov görüş iştirakçılarını salamlayaraq, tədbirin bu 3 elmi müəssisə arasında elmi və təcrübi əməkdaşlığın inkişafına zəmin yaratdığını diqqətə çatdırıb.
4.5 saat davam edən mini konfransda “LightHouse” şirkətinin Azərbaycan bölməsinin dəstəyi ilə Avstriyadan dəvət olunmuş Graz Texnologiya Universitetinin doktoru Andre Baldermann, c.ü.e.d. Yelena Tağıyeva, Şəfəq Bayramova, Montan Universitetinin Neft geologiyası bölməsinin rəhbəri, professor Reinhard Sachsenhofer və “BP Caspian” şirkətinin əməkdaşı Nazim Abdullayev mövzu ilə əlaqədar məruzələrlə çıxış ediblər.  8727
|
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
|