ƏMƏKDAŞIMIZ YİF-IN ILK SEMINARINDA IŞTIRAK EDIB

Elmi işçi Cəmilə Əhmədova Bakıda keçirilən Yaşıl İqlim Fonduna (YİF) Azərbaycan Respublikasının Hazırlığı Layihəsinin ilkin seminarında iştirak edib.

Bu layihə YİF ilə strateji iştirak çərçivəsinin müəyyən edilməsi, Milli Səlahiyyətli orqanın gücləndirilməsinə dəstək göstərilməsi, Azərbaycanın iqlim dəyişmələrinə təsirini və uyğunlaşma ilə bağlı tədbirləri həyata keçirmək potensialını artırmaq məqsədini daşıyır.

İlkin Seminarda uyğun nazirliklərin, Azərbaycan Milli Elmlər Akademiyası, Vətəndaş Cəmiyyəti, özəl sektorlardan dəvət olunmuş nümayəndələr iştirak ediblər. Maraqlı tərəflərin və ekspertlərin iştirakı ilə iqlim dəyişmələri, ölkəmizin Yaşıl İqlim Fondu ilə əməkdaşlığı, bu əməkdaşlığın yolları və s. məsələlər barədə ətraflı çıxışlar və müzakirələr aparılıb.
 

5579
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic